2010
Türkiyə
Rejissor- Yavuz Turqul
İMDB xalı-7.5/10
“Cinayet yerin bütün toprağıyla örtülse yine kendini belli eder…” Şekspirin bu cümləsini doğruldan film bir cinayət hadisəsinin üstündə qurulub.16 yaşlı qıza aid kəsilmiş bir qol tapılır. Hər şey bundan sonra başlayır . Təcrübəsi, 6-cı hissi və məharətli təqibçi olduğuna görə “ovçu” ləqəbini almış Ferman (Şener Şen) və bircə baxışı ilə ləqəbini doğruldan”Dəli” İdris (Cem Yılmaz) Cinayət şöbəsində işləyən iki polisdi. Antropologiya məzunu sakit təbiətli Hasan (Okan Yalabık) isə bu cütlüyə yeni qatılmış bir “çömez”dir. ( Bu Hasan antropologiyanın nə olduğunu İdrisə çox maraqlı yolla başa salır=)) Cinayət hadisəsini araşdırmaq da onların boynuna düşür.
Ovçu Fermanın maraqlı sözü var idi. “ bir olaya bir noktadan bakıp çözemiyorsanız bakış açınızı değişeceksiniz.” Doğrudan da düyünün açılmasında bu “bakış açısının değişmesi” əsas rolu oynadı.
Bir söz var. “Həyata dair”. Bu film elələrindəndi. İlk dəqiqədən sona qədər insanı maraqda saxlayan filmdir. Qeyd edim ki, mən qatilin kim olduğunu, cinayətin nə üçün törədildiyini 82-ci dəqiqədə başa düşdüm.
Filmdə möhtəşəm aktyor heyəti var. Cem Yılmazı ilk dəfə idi ciddi (dəli desək, daha doğru olar ) bir rolda görürdüm. Amma yaxşı öhdəsindən gəlib.Battal rolundakı Çetin Tekindor isə mənim üçün bir nömrəli türk aktyorlarından biridi. Filmdəki musiqilər, meşə səhnələri çox uğurlu alınıb. Başlıqda və sonda qətlə yetirilmiş qızın monoloqu, həmin an səslənən musiqi və görüntü çox təsirli alınıb. Mənə ən çox təsir edən səhnələrdən biri də Fermanın xərçəng xəstəsi arvadının “Ben Gittikden Sonra” başlığı altında dəftərinə yazdıqları idi :(
Film iki “ovçu”nun mübarizəsindən bəhs edir əslində.
” Dünyanın düzeni budur. Ya sen indirirsin, ya seni indirirler. Seç birini. Av mı olacaksın, avcı mı?”
Bu “ovçu”ların kim olduğunu və sonda kimin qalib gəldiyini deməyim. Çünki filmi izləməyinizi şiddətlə tövsiyyə edirəm. =) Baxın, özünüz görün.
Sonda qətlə yetirilmiş qızın monoloqu var idi. Çox bəyəndim onu.Sizlərlə paylaşıram. ( 16 yaşında qız, adı da Pamuk. Səsindən də, yaşından da, adından da məsumluq yağır :( )
Av mevsimi bitti…Söz bitti…Şarkılar bitti…Ne güz kaldı, ne bahar…Güneş doğmayacak artık üstümüze…Yıldızlar göz kırpmayacak …Rüzgar esmeyecek…Kar yağmayacak…Denizin kokusunu duymayacağız…Yağmur tenimize değmeyecek… Ne güvercin taklası, ne zeytin tanesi, ne incirin tadı, ne karanfilin kırmızısı…İyilik de bitti, kötülük de… Aşk da bitti, nefret de… Ne güzellik kaldı, ne çirkinlik … Eza da bitti, cefa da…. Yaramız artık kanamıyor…Ciğerimiz dağlanmıyor… Biz beyazlara büründük… Biz gölgesiz kaldık…
Maraqlı yazmısan.. Əlavə suallar soruşmağıma ehtiyac qalmadı, şiddətlə tövsiyə etmisən ta =)
Sağol. Hə,ilk fürsətdə bax :)
Nə qəşəy yazmısan :) İndi ona baxıram bitirib fikrimi bölüşəcəm
Saaol)Şiddətli tövsiyyəmin keçdiyi ikinci insansan =))
Qəşəng yazmısan. Martın əvvəlində baxmışam filmə. Əla filmdir.
Təşəkkür=)
Maraqlı kinodur. Cem Yılmazı “celovek-smaylik” kimi deyil, fərqli ampulada görmək da çox maraqlı idi. Hətta mən deyərdim kinonun “dostoynstvo”sunun yarısı elə budu.
Bakış açımızı dəyişdirib bir az böyük arealdan baxsaq (yəni Hollivud və digər nəhənglərlə müqayisə etsək) bi baaaalaca zəiflik var, çox yox a, bir baaaaaaalaca. Amma türk filmi kimi baxsaq əla!
Müəllifin şiddətli tövsiyyəsinə mən də qoşuluram, baxmayanlar mütləq baxsın. “Gemicilik zihniyeti ile” deyil təbii ki ))
İndi baxdim kinoya cox cox təsirlidi. Türklər doğrudan da bu işi bacarır.Amma sonluğa görə şox heyf…nəysə danışmayım amma doğrudan baxmağa dəyərdi təşəkkürlər məsləhətinə görə
Kino maraqlı idi amma suallar yarandı beynimdə. İdris hardan bildiki onlar “bakış açısı”nı dəyişməklə nəsə əldə edə biləcəklər? Ola bilər nəyisə nəzərdən qaçırmışam. Ümumi götürsək maraqlı kino idi. Türklərin bir serialı var-“Kanıt”, onu xatırlatdı mənə.
Cem Yılmazın “Herşey Güzel Olacak” filminə də baxmağı məsləhət görərdim sizə, səhv etmirəmsə ilk filmidir.
Diqqət etdizsə, İdrisi öldürməzdən əvvəl Battala “Siz necə insansız?! Necə etdiz bunu” kimi sözlər dedi. Yəni, göstərməsələr də mühafizəçinin dəhlizdən keçdiyi vaxt içəridə Battal hər şeyi danışmışdı İdrisə. O da “məsələ biz düşündüyümüz kimi aşk, meşk mövzusu deyil” demək istədi bakış açınızı değiştirin işarəsi etməklə =)
Məsləhətə görə təşəkkür.İlk fürsətdə baxacam=)
Açıqlamaya görə təşəkkür. :)
Mühafizəçi dəhlizlə otağa gələn vaxt içəridə Battal hər şeyi danışmışdı İdrisə? Mən belə düşünmürəm. Onlar onsuz da bu işi Battalın etdiyini anlamışdılar, sadəcə cinayətin motivini öyrənmək istəyirdilər. Həm də, bunu sübut etməkçün motivi bilmək lazım idi. İdris də məhz motivin nə olduğunu soruşurdu Battaldan. (Sitat: “Senin bunu niye yaptığını söylemen önemli”) Mühafizəçi dəhlizlə otağa gələn vaxt otaqdan gələn səslərin əksəriyyəti (lap olsun yarısı:)) İdrisin ucadan qışqırmasıdır. Əgər Battal bu vaxt ərzində İdrisə “чистосердечный признание” etsəydi, İdris onu dinləyər, qışqırmazdı. Zatən ona lazım olan da bu etiraf idi. Və Battalın həbs olunmasına çalışardı, nəinki silahı ona tuşlayıb, kinoda mühafizəçi demişkən, “küfrlər” etməzdi. Sadəcə İdris anlamışdı ki, cinayətin motivi eşq, namus, qısqanclıq filan deyil, ona görə də ölərkən “Ovçu”ya mesaj atdı. Mən belə düşünürəm :)
Axı filmdəki hadisələr 2,5 saat ərzində baş vermir. Yəni epizod filmin 1 dəqiqəsini əhatə edirsə o demək deyil ki, hadisə 1 dəq ərzində baş verdi və bitdi.
Bəli, ümumi film real zamanı əhatə etmir, ancaq filmdəki bəzi epizodlar konkret zamanı əhatə edir. Qeyd etdiyim epizoddakı real müddət elə filmdə keçən müddətlə eynidir.
Pingback: Babam ve oğlum : Kinoklik