Scent Of Woman

Qadın ətri

1992

ABŞ,
Dram,
Rejissor Martin Brest

Desək ki, Al Paçino-un ən uğurlu filmi Qadın Ətri filmidir məncə yanılmarıq. Çünki Al Paçino çoxdandır gözlədiyi “ən yaxşı kişi aktyor nominasiyasında “oskar mükafatını nə Godfather filminə nə də Scarface filminə görə yox məhz Scent of Woman filminə görə alıb.

Film bir kollec tələbəsi olan Çarli Sims-in pul qazanmaq məqsədilə görmə qabiliyyətini itirmiş keçmiş hərbiçi Frenk Sleyd-in yanına gəlib və ona baxıcılıq etməsi ilə başlayır. Lakin Frenk sadə, içinə qapanıq həyatdan küsmüş kor deyil əksinə o həyatdan zövq alır və gözləri Çarlinin görə bilmədiklərini *görür. Frenk gözəl və həyacanlı bir həftə sonu keçirmək istəyir və Çarlini də bu istəyə daxil edir. Və hadisələr bundan sonra başlayır.

Filmdəki ən sevdiyim Tango səhnəsidir. Kor bir insanın necə musiqini duyması, qadını hiss etməsi insanı valeh edir. Filmdəki o Tango səhnəsi illərdir Youtube və digər video yayım səhifələrində ən çox baxılan videolar sırasındadır.

Qeyd etməliyəm ki, Al Paçino bu film üçün 6 ay korlar üçün olan məktəbdə yaşamışdır və filmə eyni nöqtəyə çox baxdığı üçün gözlərində problem yaranıb və eynəkdən istifadə etməyə məcbur qalıb.

Əsl Bordo şərabı, gözəl musiqi, bahalı Limuzin, cəlbedici qadın,və bir insanın dramı. Budur filmi baxımlı edən.