Başlanğıc
Elmi-Fantastik (Sci-Fi), Sirrli, Döyüş Rejissor: Christopher Nolan Aktyor heyəti: Leonardo DiCaprio, Joseph Gordon-Levitt və Ellen Page IMDB: 8.9/10. 250 ən yaxşı film siyahısında 8-ci yerdə 8 Oskar Mükafatına namizədAdətən yeni çıxmış və çox populyarlıq qazanmış kinolara baxa bilmirəm, kino mənə yapışmır onda. Kənardakıların həmin filmə diqqətinin azalmağını gözləyirəm ki, bu kino təsəvvürümdə öz yerini tutsun və həmin kino zövqlə baxmağım üçün hazır olsun. Bir sözlə fikrimdə kinonun bişməyini gözləyirəm. Bu problemi özümdən başqa çox adamda görmüşəm.
Nəysə, axır ki, həmin vaxt çatdı və filmi izlədim, hələ də baxmayanlara demək istəyirəm ki, bu kino hərtərəfli superdi, mütləq baxın. Çoxdandır belə bahalı kinoya baxmamışdım. Star Wars qədər olmasa da, Matrix və Avatar kimi yeni nəsil kino hesab etmək olar.
Film yuxunun “Başlanğıc”ından, yuxudakı zaman anlayışından və orda qura biləcəyimiz qeyri-real məkandan, yuxunun içində yuxu, həmin yuxunun da içində başqa bir yuxu görüb yolunu azana qədər yuxunun dərin qatlarına enmək və onu idarə etməkdən bəhs edir. Və böyük təklif qarşılığında başqasının fikrini oğurlamağa çalışacaq və eyni zamanda yuxularında itib-batmış qəhrəmanın reallığa qayıtmaq istəyi.. Yuxular çərçivəsində reallıq, və reallıqdan uzaq yuxular..
Filmin qəhrəmanı başa salır ki, biz yuxunun başlanğıcını və sonunu bilmirik, ona görə də bu filmdə başlanğıcı təyin etmək müəyyən sərhəddən sonra hətta qeyri-mümkün ola bilir. Yuxudakı zaman anlayışı da maraqlıdır. Əgər təxmini desəm bizim reallıqda 1 saat yuxuda 1 həftədirsə, həmin yuxunun içində başqa yuxunun zamanı 6 ay, onun içindəki yuxunun müddəti isə 10 ildir. Yəni real dünyadakı 1 saatlıq yuxu həmin dünyada sənə 10 il bəxş edir, xatirələrinin və təsəvvür gücünün layihəsini veridiyi bütöv bir dünya.. Kob (Leonardo DiCaprio) və həyat yoldaşının qurduğu dünya kimi.. Dəniz sahili, sahillərində saysız hesabsız göydələnlər və sonsuz əbədiyyət möhtəşm təsvir olunub.
Filmin səsi Shutter Island filminin səsi kimi tamaşaçını daim gərgin saxlayır. Görüntülər isə əvvəllər heç bir filmdə görmədiyiniz səhnələrdəndir. Səhnələr bir dəqiqə də olsun tamaşaçının diqqətinin yayınmağına imkan vermir, 140 dəqiqə ərzində səhnələrə fasiləsiz düşünərək baxmaq məcburiyyətində qalırsınız, bu da təbii ki, kifayət qədər zehni enerji tələb edir. Deyirlər Christopher Nolan filmin ssenarisini 10 ilə yazıb. Sanki rejissor filmi çəkmək üçün əsl məqam gözləyib, çünki yalnız 2010-cu ilin texnologiyası ilə bu cür ssenarini pərdədə canlandırmaq olardı. Musiqi və görüntülər o qədər gözəl və keyfiyyətlidir ki, onları tərifləmək bizə düşməz, hər şey çox peşəkardır, əlbəttə Leonardo CiCaprio və digər aktyorların ifası da həmçinin.
Diqqət: Növbəti abzas kinoya baxmaq istəyənlərə yox, filmi artıq izləmiş tamaşaçılara sualdı, (Xəbərdarlıq: növbəti abzas filmin süjeti haqda açar söz ola bilər..)
Yenə Shutter Island-a qayıtmaq istəyirəm, orda da hadisələr və finalı, ümumiyyətlə nəticəni hərə bir cür başa düşdü. Üstəlik nüfuzlu kino kritikləri də hərəsi bir söz demişdi.. Gözlənilən, məntiqli, amma eyni zamanda qəfil final tamaşaçını çaş-baş salır. Eləcə də Inceptionda axırda gözüm stolun üstündə fırlanan totemdə idi.. Bütün tamaşaçılara bir məsələ maraqlı idi, o totem axıra kimi fırlanacaq yoxsa aşacaq? Yaxşı deyək ki, səhnə qaralana kimi aşmadı, bəs səndələyirdi axı, bu da onun aşma ehtimalını göstərirdi.. Əgər doğrudan da geri qayıda bilmişdisə totem niyə aşmadı?
Qeyd: PC-imdə Edith Piaf-ın albomundakı filmin “special soundtrack”-i bir il məndə olduğuna baxmayaraq diqqətimi cəlb etməmişdi, bu filmdən sonra isə xüsusi simpatiyam yarandı və sizinlə bölüşmək istəyirəm. Je Ne Regrette Rien
Şəxsi Qeyd: Filmi yaxşı keyfiyyətdə mənə təqdim etdiyi üçün Təbrizə təşəkkür edirəm.
Filmin bu ilki oskar mükafatına iddialı 8 nominasiyası:
Quruluşçu rəssamın/dekoratorun ən yaxşı işinə görə
“Başlanğıc” Dizayn: Guy Hendrix Dyas; Səhnə Dekorasiyası: Larry Dias və Doug Mowat
Operatorun ən yaxşı işinə görə
“Başlanğıc” Wally Pfister
Ən yaxşı musiqiyə görə
“Başlanğıc” Hans Zimmer
Ən yaxşı bədii filmə görə
“Başlanğıc” Emma Thomas və Christopher Nolan, Prodyuserlər
Ən yaxşı səsə görə
“Başlanğıc” Richard King
Ən yaxşı səs montajına görə
“Başlanğıc” Lora Hirschberg, Gary A. Rizzo və Ed Novick
Ən yaxşı vizual effektlərə görə
“Başlanğıc” Paul Franklin, Chris Corbould, Andrew Lockley və Peter Bebb
Ən yaxşı orijinal ssenariyə görə
“Inception” Written by Christopher Nolan
Filmə premyera vaxtı, əksər tamaşaçılarım baxmadığı zamanda baxdığımdan kənar təsirlərdən əsasən azad idim, sadəcə Shutter İsland kimi əla bir filmə baxdıqdan sonra Di Kaprionun daha bir filminin kinoteatra gəldiyini eşidincə gedib baxdıq.(Shutter İsland-a isə sadəcə elə belə gedib baxmışdım, review eşitmədən, maraqlı olmasına ümid edərək) İnceptiona baxandan sonra birmənalı olaraq onu son illərdə baxdığım ən güclü film hesab etdim və edirəm. Film sadəcə olaraq mükəmməldir. Matrix və Avatar kimi yeni yol açacaq filmdir(bunu hər yerdə deyirdim, görürəm yazı müəllifi də qeyd edib). Filmin sonundakı fırlanan totemə gəlincə isə, bəli aşkar göründü ki totem səndələdi, səndələyənsə mütləq aşmalıdır, fizika qanunlarına görə. Amma film boyu yuxularda fırlanan totemlər sanki “dövrə düşürdü”, yəni eyni, standart, səndələmə olmadan fırlanırdı. Tam aşmasını göstərməmək də sonluğun filmə layiq bir “izyuminka”-sı idi ki, fikrimcə əla alındı. Qoy əks fikirdə olanların da istinad nöqtəsi olsun. Onsuz da müasir filmlərdə sonluğun tamaşaçının öhdəsinə buraxılması ənənəsi geniş yayılıb.
Tənqidi məsələr də tapıla bilər. Sadəcə olaraq birini deyim ki, filmdəki “yuxu maşınlarının” texnologiyasından heç bəhs edilmir. Məsələn Matrix və ya Avatar-da da fantastika var, amma onlar film boyu çox dəqiq iah edirlər ki texnologiya nə cür çalışır. İnceptionda isə sadəcə olaraq beyinə siqnallar ötürən-qəbul edən aparatları görürük, necə çalışır o haqda qaneedici məlumat verilmir.
Düzdü, yuxu maşınları haqda heç nə deyilmədi.. Bəlkə də belə bir maşın fərziyyə yox, artıq mövcuddur, bəlkə də ictimai rəyi öyrənmək, yaxud da kütləni sözügedən anlayışa öyrəşdirməkdi.. Hər iki film cavabsız suallarla doludur, amma sizin də dediyiniz kimi final çox gözəl bağlanıb.
filmin sonundaki totem haqqinda bir fikir demek isteyirem, eslinde totemin sendelenmesini qoysaq bir kenara kinonu diqqetle izlesek gorerikki… Kobun(Leonardo DiCaprio)oz yuxularinda xeyallarinda o hellede yoldawiyla evlidir ama real heyatdasa onun xanimi artiq olmusdu ve buna esaslanaraq demek olarki kobun elinde yuxuda uzuk variydi ama real heyatda ise onun barmaginda hecne yoxdu.. demeli Kob sonda real heyati secir .
Maraqlı versiyadı, yuxularında həmişə barmağında üzük vr idi?
Pingback: 2011 Oskar Mükafatına Namizədlərin siyahısı : Kinoklik
Pingback: Oskar Mükafatının Qalibləri Müəyyən Oldu : Kinoklik
Pingback: Being John Malkovich (Con Malkoviç Olmaq) : Kinoklik
aha axirina diqqetle baxsaz gorersiniz… Axirda Kobun eline baxin uzuk yoxdu ama butun yuxular onun elinde uzuk var :)