Green Hornet

2011

ABŞ

Döyüş, Komediya, Cinayət

Rejissoru: Michel Gondry

Film mövzu etibarilə Superman, Batman kimi filmləri xatırladır. Baş qəhrəman Britt Reid uşaqlıqda atasının təsirinə məruz qaldığından yetkin yaşa çatmış olsa da, bir növ özünü uşaq kimi aparır. Atasının ölümündən sonra onun şəxsi köməkçisi Kato ilə birlikdə macəra yaşamaq istəyir. Buna səbəb isə Katonun texniki biliyi, qeyri-adi kunq fu ustalığına sahib olması və yaxın gələcəkdə baş verən hadisələri ani olaraq analiz etmə bacarığı olur. Bunu görən Britt ona super qəhrəman yaratamaq təklif edir.

Beləliklə, Super qəhrəmanların təsiri ilə vəcdə gələn Britt Reid və Kato Yaşıl Eşşək Arısı ləqəbli, yeni super qəhraman yaradırlar. Onlar şəhərdəki mafyaya müharibə elan edirlər. Bütün ideyalar əslində Katoya məxsusdu. Yalnız zirehli maşının ön oturacağının arxasına qrammafon yerləşdirilməsi Britt Reisin ideyasıdır. Hansı ki, bu da filmin sonunda dodaqların qaçmasına səbəb olur.

Komik dioloqlarla, effektli döyüş səhnələri ilə zəngin olan filmə gərgin iş prosesindən sonra əsəbləri sakitləşdirmək məqsədilə baxmağa dəyər. Həqiqətən insanın əhval-ruhiyyəsini yüksəldir. Filmi izləyərkən, gözlərimdən yaş gələnə qədər gülməsəm də, bir xeyli əyləndim J Onu da qeyd edim ki, filmə 3D formatda kinoteatrda baxmaq xüsusi zövq verir.