Apocalypto

2006,

ABŞ,

Rejissor: Mel Gibson,

Gərgin, Dram,

Heç kim öz taleyindən qaça bilməz.

Gözəl ssenari, gərgin səhnələr və inanılmaz sonluq.. Film tam olaraq bir ekran əsəridir. Qədim Mayalıların adət ənənələrinin əks olunduğu film Yaquar Pəncəsi adlı bir qəbilə nümayəndəsinin həyat və ailəsi uğrunda apardığı mübarizədən bəhs edir.

Filmi fərqləndirən əsas xususiyyətlər dialoqların çox az olması və yalnız Maya dilində aparılmasıdır. Filmdə aktyorlar mənanı çox vaxt danışıq zamanı yox hərəktəri ilə ifadə edirlər. Filmin çəkilişləri isə daha maraqlıdır, beləki filmdə baş aktyorlardan başqa hər bir aktyor qədim Maya xalqının müasir dövrdə yaşayan xələfləridir və qeyd etmək lazımdır ki, filmin gərgin səhnələrini Yaquar Pəncəsi rolunda çıxış edən Rudi Yangblud özü ifa edib və hətta görəcəyiniz şəlalə səhnəsində belə kaskadyordan istifadə olunmayıb. Filmə baxan zaman anladım ki, indiki Mayalılar öz ata babalarının məhv olma səbəblərini ağ dərililərdə görməsinlər. Məhvə Məhkum olmayan xalq yoxdur, sadəcə necə məhv olma sebəbləri mövcuddur bu nəzəriyyəni film tam olaraq açıqlayır. Bir insanın şərəf, ləyaqət, ailə bağlılığı və həmçinin köhnə adət ənənələrə qarşı ölüm dirim mubarizəsi məni valeh etdi. Filmin kluminasiya nöqtəsi onun sonluğudur. Filmin sonluğunda baş veren bir hadisə məşhur ingilis parapsixoloqu Vill Durantın “Böyük sivilizasiyalar xaricdən məhv edilmirlər onlar özlərini daxildən məhv edenədək yaşayırlar” sitatını açıq aydın izah edir. Və bu hadisədən sonra filmin son dialoqu həqiqətən diqqətə layiqdir. Qadın deyir”Onlara tərəf getməliyik?” Yaquar Pəncəsi: “Yox Kəndimizə tərəf getməliyik” Bu filmə baxsanız əslində Maya svilizasiyasının hansı səbəbə görə məhv olduğunu görəcəksiniz.