Sin City 2

Elə bil birinici Sin City-ni ərsəyə gətirəndə marixuana çəkmişdilər, Sin City 2-ni ərsəyə gətirəndə isə Kent 4 :D Ümumiyyətlə son 2-3 ildə çəkilən ciddi janrlı pop kinoların hamısına demək olar ki, yumor qatırlar, amma yumor Sin City-ə yaraşan duz çimdiyi deyil.

Sin City-də çox cool personajlar var idi hansı ki, ikinci hissədə doğrudan da yeri göründü. Məsələn Jackie Boy (Benicio Del Toro), Kevin (Elijah Wood) Clive Owen (Dwight).

jackie boy

Qrimlər isə birincidəki qədər yaxşı deyildi, ya da artıq 10 il keçib deyə qocalıblar. Qadın personajların, yəni fahişələrin də öz çəkisi var idi. Məsələn birincidəki Goldie (Jaime King) hara, ikincidəki Hadise-yə oxşayan Goldie hara, Shellie (Brittany Murphy) hara, qabağına çıxana paylayan Ava (Eva Green) hara :) Yaxşı ki, Nancy rəqs elədi, ürəyimiz açıldı.

goldie

Bu seriyada ən yaxşı personajlardan biri də Johnny (Joseph Gordon-Levitt) idi, amma o cür sona layiq deyildi, heç olmasa Kevin kimi dramatik ölməliydi.

johnny

kevinMəncə birincidəki personajlar, məsələn Hartigan ( Bruce Willis) dirilməli idi, ta ruh kimi gəlməli deyildi. Kevin elə birinci seriyada dirilmişdi. “Axı kim deyir ki komiks məntiqə uyğun olmalıdır? (c)”

Nəticəyə gəldikdə isə Sin City-ə 4-5 dəfə baxmaq olarsa buna heç olmasa 1 dəfə baxmağa dəyər, doğrudan da maraqlı görüntüləri var, əvvəlcə fikirləşdik ki 3D formatda olmağı korladı, amma o da çox qəşəng alınmışdı.