Turin Atı

2011
Rejissor: Bela Tar
Berlin Film Festivalı: Jüri Qran Prisi
Beyləxlaxq Kinopressanın Mükafatı

Ölməzdən Öncə İzləməli Olduğunuz 111 Film kitabını arxadan qabağa vərəqləyirdim, ortalara çatanda təzədən arxaya qayıtdım, başladım təzədən arxadan qabağa vərəqləməyə,  atçılığa həvəsim var,  The Turin Horse səhifəsində ilişdim, oxudum, gecənin səhərə yaxın vaxtı, zibil maşınlarının məhəlləyə gələn vaxtı, küçə süpürgəçilərinin iş vaxtı filmin iki saat yarımlıq müddəti gözümə durdu, başladım kitabı təzədən arxadan qabağa vərəqləməyə. Kitabı qoydum rəfə, ekşisözlüyə girib haqqında oxudum, yenə əminsizliklə fikirləşdim, bir səhnəsinə baxım sonra qərar verərəm, ilk səhnədəki musiqisi və uzun kadrı bəs elədi ki, özümü kinonun içində hiss eləyim. Belə uzun kardları Tarantinonun Pulp Fiction və Death Proof filmlərində görmüşdüm. Birincidə karidorda olan, ikincidə qızların dialoqu. 20 dəqiqə baxmışdım ki, Erika kartof qaynatdı, filmi saxladım, gedib 3 kartof qoydum sobanın üstünə, kartoflar qaynamağında olsun gəlib davam etdim kinoma. 1 saat keçmişdi təzədən kartof yeməyə oturdular, saxladım. Kartofları çəngəllə yoxladım ki, yupyumuşaqdı. Götürüb gəldim kinoma davam etməyə. Nahar  etdik, tez yeyib durdular, həm də az yedilər, onlar işlərində olsun, mən süfrədən durmadım, elə kartofumu soya-soya onlara tamaşa edirdim. İsti kartofun dadı başqa olurmuş. İndiyə kimi qaynanmış kartofu isti-isti yeməmişdim. Heç sən də yeməmisən, ya anan kartofla yumurtanı qaynadıb, soğan, göyərti, kartof, yumurta hamısı doğrayıb yemək hazırlayanda yemisən, ya da kartofu qaynadıb yanına kərə yağı, quru balıq qoyub, elə yemisən. Vaxtında çağıranda getsəydin bəlkə isti-isti yeyərdin, amma yəqin ki, 5 dəfə çağırandan sonra hansısa məşğuliyyətindən ayrılıb sonra oturmusan süfrəyə, buz kimi yemisən, fərqinə də varmamısan, çünki bundan əvvəl də soyuq-soyuq yemişdin. Ondan əvvəl də. Kino haqda heç nə yazmayıb boşboğazlıq etməyimin məqsədi odur ki, əgər belə darıxdırıcı, şəkilsiz yazını axıra kimi oxudunsa deməli babat səbirlisən, bu kinoya baxa bilərsən, kinoda  nəyin və kimin necə olacağını yox, nəyin və kimin indi necə olduğuna fikir verib kinoya baxıb, dinləyib hiss edəcəksən, amma yaxşı olar ki, gecənin yarısı və tək baxasan, yəni ətrafda zərrə qədər də başqa bir əyləncə olmasın. “Yoxe, necə, məsləhətdi kinodu?” soruşursansa, mənin üçün maraqlı yerləri çox oldu, bu tip kinoya baxmamışdım, amma uşaq məsləhəti verə bilərəm. Baxırsan bax, baxmırsan baxma :)