3 Idiots


3 Axmaq
2009,
Komediya, Dram, Melodram
Rejissor: Rajkumar Hirani
IMDB xalı: 8.3/10

Bu yazı tamamən təxəyyülidir, sizinlə heç bir əlaqəsi yoxdur.

Həyat bir yarışdan ibarətdir. Elə dedilər mənə, inandım. Daim yenilənən “Start” xətləri göstərildi, qaçmasam geridə qalarmışam. Həyat dünyaya gəlmək üçün 300 milyon sperma arasında bir yarışla başladı, yaxşı məktəb, prestijli universitet, pullu iş, gözəl qadın, sağlam uşaq …larla davam edir.

Qəlb qorxmağa meyllidir, onu aldatmaq lazımdır. Artıq narahatlıq duyar-durmaz, qəlbimi axmaq yerinə qoyub və ona “ rahat ol, balım, hər şey yolundadır, hər şey çox gözəl olacaq” deyirəm.  All is well. Çətinliyi həll etmir, amma həyat əzmimi artırır. All is well.

FARHANİTRATE və PRERAJULİSATİON terminlərin mənasını mən də bilmirdim. Google`dan kömək istədim. O andan bilik öyrənəcəyim üçün sevinc duymağa başladım. Hamıdan üstün olma arzusunun, birinci olma eyforiyasının, qıpqırmızı diplomun üstünə sifon çəktim.

İki yol kəşf etdim. Ya həqiqətən istədiyini yaşayarsan, lazım gələndə bədəl ödəyərək, hesab verərək. Universitet oxuyarsan, amma məzun olduğun gün diplomunu almazsan. Müvəffəqiyyəti qovmazsan, həzz almaq üçün çalışarsan, müvəffəqiyyət dalınca gələr. Sabahdan narahat olmadan bu günü yaşayarsan, axıntıya qarşı üzərsən, riyaziyyat dərsliklərindəki ikinci kater kimi. Hər kəs duzlu suyun mükəmməl elektrik keçirici olduğunu bilər, amma sən tətbiq edərsən.

Ya da dərs izah olunarkən dayanmadan qeyd götürər, həyata dair bir-iki cümlə eşidən kimi qələmini yerə qoyarsan. Onsuz da imtahana düşməyəcək. Yarışa o qədər qapılarsan ki, hər kəsdən qaçıb uzaqlaşarsan. Attestat alanlar, almayanlar, müəllimlər, baş müəllimlər, diplomlular, diplomsuzlar – hamısı bir növ irqi ayrı seçkilikdir elə.

Heç bir ölkə mükəmməl deyildir. Pizza 30 dəqiqəyə qapına çatdırılır, təcili yardım maşını iki saata gəlməz. Ancaq insan olmanın ən gözəl tərəfi dosta sahib olmaqdır.

Realıqlar və qaydalar bəsitdir. İmtahanlarda müvəffəq olmağın da iki yolu vardır. Ya çalışar, yaxşı qiymət alarsan, ya da çalışdırmaz, pis qiymət aldırarsan. Çünki dostun müvəffəqiyyətsiz olarsa üzülərsən, fəqət səni keçərsə daha çox dərd çəkərsən. Məşğul olduqca zövq aldığın iş sənin işindir. İş onda iş olmaz, sadəcə bir oyun olar.

Hey Hollywood, erotik səhnələr, söyüş, vulqarizm olmadan da, komediya mümkündür, bax Bollywood`a. “Spoiler” etmədən öz istədiyim şəkildə bu yazını da bitirdim. Diz çöküb yalvarıram, bu filmi izləyin. Bir gözünüzdən hüzn, digərindən sevinc gözyaşları axacaq, Mona Lizaya dönəcəksiniz. Sonra da aynanın qabağına keçib bir az əksinizə baxın və bu sualı verin: “İstədiklərimi edirəm, yoxsa istənənləri?” Ancaq doğru cavabı tapanda siz də bir Idiot olacaqsınız, demədi deməyin…

Trailer