Ivan’s Childhood

İvanın Uşaqlığı

1962,

Dram, Müharibə,

Rejissor: Andrey Tarkovskiy

IMDB xalı: 8.1/10


Film gənc bir ağacın arxasındaki İvanın görüntüsü ilə başlayır,  ölü bir ağacın önündə bitir. Bəlkə də ağac insana örnəkdir, hər tərəfə budaqlanan, göyə istiqamətli, daim kökünə bağlı ?

Bəzi itkilərimiz bizdən başqa şeylər də alır aparır. Tərk edilincə ümidinin bir qismi də itir məsələn. Məğlubiyyət özünəinam və əzmdən pay qoparır. Müvəffəqiyyət və mükafat təvazönü didişdirir.

Müharibələr sadəcə can almaz, ruhu da öldürər. Uşağın uşaqlığını, cavanın cavanlığını, qocanın qocalığını alar əlindən. Sadəcə indini məhv etməz keçmişə güvəni, gələcəyə etibarı silər.

Evin şəkil asmağa divarları olmasa da, qapısı hələ də bağlanır, bacası tüstüləyir. Dəli ümid edir.

Rüyalar yalan söyləməzlər, amma çox qısadırlar və çox vaxt yadda qalmazlar. Qaldığı qədəri ilə tabir edilir, at muraddır məsələn. Hər kəs yuxu görər, korlar belə, hər kəs xəyal qurar ölüm hökmü verilənlər belə. Bir uşaq xəyalı vitrində gördüyü oyuncağı almaq da ola bilir, öldürülmüş ailəsinin intiqamını almaq da… Divarda yazılan sözlər misalı: “8 yaşımız var. Heç birimiz 19 yaşından böyük deyil. Bir saata güllənəcəyik. İntiqamımızı alın”.

Uşaqların ən çox sevdiyi savaş oyunudur… Taxta silahlar, ağızla çıxarılan avtomat səsləri, qarşılıqlı “öldün, çıx”, “dəymədi mənə, gizlənmişdim”  etirazları… Müharibə şəraitində yaşamaqları bir şeyi dəyişdirməz. Savaş içində savaş oyunu oynayarlar…

Əgər iki cəsəd sizə “Xoş Gəlmisiniz” deyirsə, Fritz’in rəsmləri də sənətdən uzaqlaşmışdır artıq.

Müharibə insanlarının ruhu ağırdır, cisimləri uşaq olsa da; paylarına düşən ölümü, iztirabı, kədəri yaşamışlardır.

Gəncliyi digər yaş dövrlərindən fərqləndirən  tez-tez qarşılaşılan sevgidir (kişinin bir qadını özünə aşiq etməsindən doğan haqlı qürür hissi, qadının üzündəki işıltılı təbəssüm), ətrafda güllələrin vızıldaması və ya güllərin uçuşması fərq etməz.

Savaşın qəhrəmanları həm də məğlubdur… 9 May Qələbə günüdür. Yalan deyirlər, müharibənin qazananı olmaz…

Savaş ölüm deyil, ölüm savaşda ən asan şeydir.  Müharibə səssizlikdir. Gündüzlər ulduzlar üçün gecədir.

Qeyd: Bu linkdən kinonu onlayn izləyə bilərsiniz.