Müəllif

Kiçik sevgi hekayələri

Leon və Matilda

İndiyə kimi kinolarda onlarla sevgi hekəyələrinin şahidi olmuşuq, oxşar və fərqli, romantik ya mənasız, təsirli ya da gülməli.. Amma bu sevgi hekayələrindən bəziləri də var ki, qəribəliyinə görə digərlərindən çox seçilir. Üç kinodan nümunə gətirərək balaca qızların özlərindən böyüyə aşiq olması haqda qısaca yazacam. Leon, Sin City, The City of Lost Children. Müvafiq olaraq hər üç filmdəki qızlar, Matilda, Nensi, Miet tamaşaçılar tərəfindən çox sevilib və hələ də sevilir. Həmin kinolarda rejissor bu qızlardan heç birini öz yaşına uyğun göstərməyib, qızlar daha yetkin baxışları, davranışları və söhbətləri ilə seçiliblər.

Nensi və Xartiqan

Hər üçündə Freydin irəli sürdüyü elektra kompleksini görə bilərik. Bunun bəzən rejissorun öz fantaziyası kimi, yoxsa normal psixoloji vəziyyəti əks etdirməsi kimi, ya da saf sevgini təsvir etməyə çalışmasını demək çətindir. Həm də bunları hansı kateqoriyaya daxil etmək tamaşaçının öz baxışından da asılıdır.

Miet və Van

Hər üç filmdə qızların sevgisi ilə məhəbbət kehayəsi başlayır və qarşı tərəfin qarşılıqlı sevgisi ilə sona çatır. Amma bu kimi komplekslər ümumi insan psixikasına aid edilsə də adı çəkilən filmlərdə saf sevgi kimi aşkar və üstüörtülü göstərilən belə məhəbbət mənzərələrini hələ ki, yalnız qərb mədəniyyətinin kinolarında görmüşəm.

Bəlkə başqa kinolarda da belə sevgi hekayələri var, kimsə görübsə filmin adını paylaşsa maraqlı olar.

Digər filmlər

2 Responses to “Kiçik sevgi hekayələri”

Leave a Reply