“Sübut olundu: 3D baş ağrısından və əlavə xərcdən başqa bir şey deyil.”

Yəqin artıq siz özünüz də hiss etməyə başlamışdınız ki, 3D formatında film izləmək baş ağrıdsından və əlavə xərcdən başqa bir şey deyil. Əgər ikinci punktun sübuta ehtiyyacı yox idisə, birinci öz əsasını bu yaxınlarda tapdı. Dünyanın ən məşhur universitetlərindən biri Kaliforniya Universitetinin alimləri 3D formatınının insana təsirini tədqiq edərək sübut etmişlər ki, müasir texnologiya filmin qavranmasına heç də müsbət təsir etmir.
Alim Mark Karrierin başçılığı altında 400 tələbə üzərində aparılmış tədqiqatların nəticəsi bunu sübut etmişdir ki, 3D formatında film izləyən tamaşaçının görmə qabiliyyətinin zəifləməsi və baş ağrısı ehtimalı daha çoxdur. 3D formatı zamanı daha çox emosiya və bir növ filmin tərkibinə daha çox daxil olmaq kimi vədlər isə həqiqətə uyğun deyil. “3D formatı filmin daha çox qavranmasına təsir etmir.” – deyə alimlər qeyd edib.
Mark Karrier və onun əməkdaşları universitetin 400 tələbəsində “Alice in Wonderland”, “How to Train Your Dragon” və “Clash of the Titans” filmlərindən birini könüllü seçərək izləməyi xahiş ediblər.

Alice in Wonderland

How to Train Your Dragon

Clash of the Titans

Filmi izlədikdən sonra tələbələr evə qayıdaraq bir sıra onlayn suallara cavab veriblər. Suallar əsasən filmin nə qədər realistik olması və bu seans zamanı onların hansı emosiyalar yaşaması mövzusunda idi. Bundan əlavə tələbələrə filmin süjeti barədə də müxtəlif suallar verilmişdi.
Alınmış nəticələri iki qrupa böldülər, – 3D və 2D.
Məlum oldu ki, hər iki qrup filmi eyni qəbul edib. Bundan əlavə 3D formatında film izləyən tamaşaçılar vəd edilmiş əlavə “filmin daxilinə varmaq” kimi hissləri yaşaya bilməyiblər.
Tətqiqatçılar özləri də alınmış nəticələrə təəccübləniblər. “Bizlərdən çoxu hesab edirdi ki, 3D əlavə bir adrenalindir.” deyə Mark Karrier qeyd edib. Bəzi şirkətlər isə hətta iddia edirdilər ki, 3D, filmin yaddaşda qalmasına daha yaxşı təsir edir. Mark Karrierın rəhbərliyi altında aparılmış tətqiqatlar isə bunun tam əksini sübut edib.
Beləliklə sual yaranır. Bu tətqiqatlar 3D formatının onsuzda problemli inkişafına maneə olacaqmı? Çox guman ki, yox. Amma təcrübə bunu göstərir ki, tamaşaçılar hələ də adi formatlı filmləri izləməyə kifayət qədər maraq göstərirlər. Buna misal olaraq “Rise of the Planet of the Apes” və “Fast Five” kimi filmləri qeyd etmək olar.

Rise of the Planet of the Apes

Fast Five

Necə olursa olsun, gələcəkdə hansı formatın üstünlük təşkil edəcəyini zaman göstərəcək…


Kinoklikin qeydi: Yazı “Kinomansan?” səhifəsində də paylaşılıb. Mövzu haqda Fərhan Hüseynlinin digər yazısını da oxuya bilərsiniz.

P.S.S Belə bir zarafat da eşitmişdim. “Yaxşı kino çəkə bilmirsən? Onda 3D formatında çək, canını qurtar.” Bir də bu şəkildəki mənzərəyə görə 3D filmləri izləməkdən zəhləm gedir. Eynəkli adamlar başa düşər :) – Orxan Məmmədov