Dəniz Patrulu (tv serialı)

Gümüş: Danışan Avstraliya Hərbi Gəmisi “Hemmersli” dir. Qəbul =)

“Dəniz Patrulu” – Avstraliya Hərbi Dəniz Donanmasının tabeliyində olan əzəmətli Hemmersli Gəmisi və onun “şərəf, vicdan, cəsarət, düzlük, sadiqlik” kimi keyfiyyətləri özlərinə şüar seçmiş gəmi kollektivi…

Layihə  5 sezon, 68 seriyadan ibarətdir. İlk sezon 2007, sonuncusu isə 2011-ci ildə ərsəyə gəlmişdir. Hər seriya 40 dəqiqədən ibarətdir.

Öz adıma deyim ki, çox maraqlı serialdır. 5 ay davamlı olaraq bir serialı tərcümə edib, bezmir, hər seriyasını maraqla gözləyirsəmsə deməli, maraqlı deməyə haqqım var =) Çünki filmdə hər an bir yenilik, bir hərəkət, gözlənilməz hadisələr var və qəti darıxmağa qoymur. Onu deyim ki, filmi Braziliya serialları kimi sevgi, intriqa və s. məcraya çəkməyiblər. Səviyyəlidir, informativlik var və vaxt itkisi deyil. Gəmi kollektivi iş vaxtı bir-birinə “siz”lə müraciət edir və münasibətlərində ciddiyəti qoruyurlar. Amma işdən kənarda çox əyləncəli və çılğın insanlardı. Bu xoşuma gəldi =)

Tərcüməçilik peşəsinin bir üstünlüyü də odur ki, tərcümə etdiyin hər material sənə mütləq nə isə qazandırır. “Dəniz Patrulu” bu cəhətdən çox “münbit” oldu =) Avstraliya Hərbi Dənizçiliyinə dair maraqlı faktlar öyrəndim. Gəmiçiliklə əlaqədar demək olar, artıq bütün terminləri bilirəm.

Filmin tərcüməsi üzərində həmkarlarım Orxan, İftixar və mən iyun ayından etibarən işləyirik. Sonuncu sezonu bu ay bitirdik və Artıq 1 aydır ki, dublyaj da öz işinə başlayıb. Tezliklə Xəzər Tv ekranlarında görə biləcəksiz. Baxıb fikir bildirməyi unutmayın :)
Hemmersli-də görüşənədək… :)

Orxan: “Dəniz Patrulu” bizim bu ilki “Yay istirahətimiz” oldu :) Gümüş serial haqda məlumat verdiyi üçün mən əsas tərcümə məsələsinə toxunmaq istəyirəm. İftixar da daxil olmaqla bütün serial üçümüzə həvalə olunmuşdu. Çalışmışıq sixronluğu qoruyaq, məna təhrifləri olmasın, adi bir seriala baxanda özünüzü sənədli filmə baxan kimi hiss etməyəsiniz. Hərçənd sənədli film də yaxşı tərcümə olunursa tamaşaçı izləyərkən onu asanlıqla başa düşür. Yenə də, tərcümə nə qədər yaxşı olsa onun dili bir o qədər sadə olur, öz növbəsində film də anlaşıqlı olur. Baxmayaraq bizim bu serialımız hərbi terminlərlə zəngindir, ümid edirik ki, izləsəniz yorulmayacaqsınız.

Adların tərcüməsində müəyyən uyğunlaşdırmalar etmişik. Serialda hər bir obrazın öz ləqəbi var, serial boyu adətən həmin ləqəblərlə bir-birlərinə müraciət edirlər. Məsələn orda bir obrazın adı Billy Webb-dir, Web İngilis dilində hörümçək toru deməkdir. Elə soyadına görə ona Spider (Hörümçək) ləqəbini qoşurlar.

Belə bir dialoq var idi:

-Billy Webb? – adın Bili Torrdu?
-Yes – hə
-Then I call you Spider – Onda sənə Hörümçək deyəcəm.

Digər ləqəb baş matros Leo-nun idi. 2Dads (2ata) “İki Ata” bir ləqəb kimi çox yersiz səsləndiyinə görə həmin obraz tərcümədə elə Leo kimi də qaldı..

Mətndə, dialoqlarda, coğrafi adlarda, rütbələrdə, terminlərdə hər hansı bir anlaşılmazlıq olsa və yaxud tərcüməylə bağlı hər hansı bir iradınız olsa bizə bildirin ki, növbəti tərcümələrdə eyni nöqsanları təkrarlamayaq.

Hemmersli-də görüşənədək… :)

İftixar: Həmkarlarım serial barədə yetərincə fikir söylədilər. Əlavə olaraq nəzərinizə çatdırım ki,  serialın ümumi süjet xəttindən əlavə hər bölümündə fərqli macəra, fərqli cinayət hadisəsindən söhbət açılır. Bu da Azərbaycan teleməkanında izlədiyimiz ənənəvi seriallardan başlıca fərqdir. Hər hansı bölümü qaçırsaz belə, marağınızı itirməyəcəksiniz.   40 dəqiqəlik nisbi zaman kəsiyində Hemmerslinin şəxsi heyəti tapşırığı məharətlə yerinə yetirmiş olur.

Serialın hərbi janrda olması bir çox tamaşaçılar üçün maraqsız görsənə bilər. Amma Mayk və Keyt, Texnik və Niki , Leo və Bomber arasındakı sevgi münasibətlərinin ön planda verilməsi janr müxtəlifliyindən xəbər verir.  Diqqəti cəlb edən məqamlardan biri də  şəxsi heyət üzvləri arasında olan səmimi dostluq münasibətləridi. Bu münasibətlərdən kənarda qalan yalnız bir obraz canlandırılıb. Onu Dəniz patrulunun ilk bölümlərindən tanıyacaqsız.

Orxan  ləqəblər barədə məlumat verdi. Əlavə olaraq söyləyim ki,  ən maraqlı, daha doğrusu ən biabırçı ləqəb Cesika adlı matrosun ləqəbidi.

BİRD :)  Əlbəttə biabırçılığın qarşısını almaq üçün ləqəbi dəyişməli olduq. Tərcümə etmədik. Eləcə “Börd” qaldı.  Həm mənanı dəyişmədik,  həm də  ləqəbi demək olar ki, olduğu kimi verdik. Heç belə çoxmənalı ləqəbi dəyişmək olar?  :)  Ümid edirəm, Dəniz patrulu ailənizin sevimli serialına çevriləcək.

Hemmersli-də görüşənədək… :)

Kinoklik: Serial yaxın günlərdə  efirə çıxacaq, Xəzər TV-də artıq reklamı gedir.

http://youtu.be/wt4E5BrWebE