Mystery Train

SİRLİ QATAR
(1989)

Komediya, Cinayət, Dram
Rejisor:
Jim Jarmusch
Sennari: Jim Jarmusch
Baş rollarda: Masotoşi Naqase, Yuki Kudo , Nikoletta Braşi, Rufus Tomas, Cudi Markell və s
ÖLKƏ : ABŞ və YAPONİYA

Büdcə: 2.8 milyon dollar
Müddət: 113 dəqiqə


FİLM 1989-CU İL KANN FESTİVALINDA ƏN YAXŞI TEXNİKİ İŞ NOMİNASİYASINDA BAŞ MÜKAFATI QAZANIB.
FİLM HAQQINDA: Yavaş-yavaş Carmuşu bəyənməyə başlayıram.Əvvəl “Ölü” sonra “Kofe və Siqaretlər” indi isə bu film… Düzdür onun “Qanundan kənar” filmini bəyənməmişdim. Fikiləşirdimki, Carmuş film çəkərkən hamıya demək istəyir ki, ”bax, mən dahiyəm”, amma bu filmindən sonra məncə Carmuşu bəyənməmək haqsızlıq olardı. Tanınmış aktyorlardan (Nikoletta Braşinin çıxmaq şərtilə-xatırlayın, bu aktrisa Benininin “Həyat Gözəldir” filmində çəkilib) demək olarki, heç kəs yoxdur, amma necə gözəl aktyor oyunu var. Ssenaridə də maraqlı məqamlar var. Ayrı-ayrı üç əhvalat və finalda bu əhvalatların bir-birinə yaxınlığı. Rejissor işində də fərqlilik hiss olunur. Carmuş kommersiyaya işləməsə əla olacaq. Bu filmi də o tip filmlərdəndir. Məncə baxmalısınız və çox təəssüflənirəm ki, Azərbaycanda hələ də bu filmlərdən xəbərsiz tamaşaçılar var.