The Song Of Sparrows

The Song Of Sparrows / Avaze gonjeshk-ha

İli: 2008,

Ölkə: İran,

Janr: Dram

Rejissor: Majid Majidi

Ssenari: Majid Majidi, Mehran Kashani

Bəstəkar: Hossein Alizadeh

Operator: Turaj Mansuri

Rollarda: Mohammad Amir Naji (Karim), Maryam Akbari , Hamed Aghazi (Hussein), Karman Dehghan

IMDB xalı: 7.7/10

Bu filmə birinci dəfə idi ki, baxırdım. Tv-də film axtarırdım, maraqlı heç nə yox idi. Həm də yuxum gəlirdi. Təsadüfən TRT-1-ə çevirdim. Bu filmi gördüm. Yuxum gəlsə də baxmağa başladım.

Onu deyim ki, çox gözəl filmdir. Deyə bilmərəm İranda çəkilən yeganə əla filmdi, çünki indiyə kimi İranda çəkilən filmlərə demək olar ki, baxmamışam. Amma onu deyə bilərəm ki, bu film İranda çəkilən ən yaxşı filmlərdən biridir.

Saf və təmiz insan. Sərt şəhər qanunları.

Karim Tehran ətrafında ailəsi ilə birlikdə yaşıyır və dəvəquşu fermasında işləyir. Bir gün baxmalı olduğu dəvəquşulardan biri fermadan qaçır. Buna görə işdən atılır. Bir gün motosiklet ilə şəhərə qızının eşitmə cihazını təmir elətdirməyə gətirir. Şəhərdə elə bilirlər ki, Karim motosiklet-taksi-dir. Beləcə özünə təzə iş tapır. Bu işdə hər cür insan görür. Yalan, aldadılmaq və s. və s. ilə qarşılaşır.

Ata qızını düşünür. Tezlikə pul yığmalı, qızına eşitmə cihazı almalıdır. Qızı isə bunu görüb atasını aldadır. Yalandan deyir ki, eşidir. O yeri ən xoşuma gələn yerlərindəndir. Ümümiyyətlə isə bəyəndiyim yerləri çoxdur. Hamısını yazmaq da olmur. Ən yaxşısı filmi izləməkdi.

Balıqların yerə dağılması yeri də qəşəngdi. Uşaqlar bilmirlər nə etsinlər. Ya balıqları suya buraxmalıdırlar ya da ölmələrinə tamaşa etməlidirlər. Gözləri yaşlı uşaqlar  balıqları suya buraxırlar.



Bu yeri isə adama başqa cür ləzzət edir. Azərbaycanca oxuduğu mahnı orda uşaqların üzünü güldürdüyü kimi mənim də üzümü güldürdü. Həmin yerində pultu tez götürüb TV-nin səsini artırdım. Çox gözəl idi. Filmin maraqlı cəhəti də ondan ibarət idi ki, bilmirdin baş verənlərə güləsən yoxsa ağlıyasan. Filmi bir daha izləmək istərdim. Sizlərə də məsləhət görürəm :)