Günaydın, Mələyim!

İstehsal: 2008 ~ Azərbaycan
Növ:  Dram, Musiqili Məhəbbət
Ssenari müəllifi: Oqtay Mirqasımov
Rejissor:  Oqtay Mirqasımov
Operator:  Rafiq Quliyev
Bəstəkar:  Elmar Fel
Rollarda: Ayan Mirqasımova (Mədinə), Bəsti Cəfərova (aktrisa Sahibə), Həmidə Ömərova (Mədinənin qonşusu), Gülşad Baxşıyeva (Raya), Fuad Poladov, Telman Adıgözəlov (teatr rejissoru), Qurban İsmayılov (Sabir),Elnur Kərimov (Rəhman)

Çoxdandı belə gözəl Azərbaycan filminə baxmamışdım. Gözəl sözünün qarşısında Azərbaycan adının olması məni fərəhləndirir. Film Oqtay Mirqasımovun ssenaristi və rejissoru olduğu “Günaydın, Mələyim” filmidir. Məni sevindirən cəhətlərdən biri isə gözəl aktyor və aktrisa seçimi və oyunudur. Ayan Mirqasımova gənc və istedadlı, gözəl, əlavə olaraq kinomuz üçün dəyərli aktrisadır. Onun ifa etdiyi rol çox alqışa layiqdir. Söz tapmaqda çətinlik çəkirəm. Məsləhət görürəm və şiddətlə tövsiyyə edirəm bu filmi…

Mövzusu belədir…

Filmin əsas ideyası Qarabağ döyüşlərindən və onun ağır nəticələrindən bəhs edir. Çox psixoloji bir süjet üzərində qurulan film insanların şəxsi taleyindən bəhs etsə də, burada insanın ən ali xüsusiyyətləri ön plana çəkilir və onun cəmiyyətdə Tanrı tərəfindən bəxş edilən mənəvi dəyərlərin insan həyatındakı rolu qabardılır.

Filmdə Mədinə adlı bir qızın həyatından, məhəbbətindən danışılır. Onun həyat yoldaşı Qarabağda şəhid olur. Ancaq Mədinə, heç vaxt onu unuda bilmir. Baxmayaraq ki, onunla evlənmək istəyənlər çox olur, gözəl cəlbedici qadın olur, yenə də həyat yoldaşının, sevdiyi idealının fikri ilə yaşayır. Filmdə Mədinənin təkbaşına çırpınaraq yaşadığı keşməkeşli həyatdan, tənhalıq içərisində keçirdiyi iztirablardan, ədalətsizliklərdən bəhs olunur. Gənc qadın keçdiyi çətin yolda üzüağ çıxmağa çalışır və sonda tutunmağa, yaşamağa ümid yeri tapır.

QEYD: Posterləri, xahişimizi yerə salmayaraq bizə təqdim etdiyi üçün müəllif Nəriman Məmmədova öz təşəkkürümüzü bildiririk.

Filmi burda tam şəkildə izləyə bilərsiniz:
http://youtu.be/rmjTws5-Y9U