Elephant Man

1980

Janr- dram

Rejissor- David Linç

1980-cı ildə Devid Linç tərəfindən lentə alınan bu ekran əsəri bu günə qədər kino tarixinin ən qəmgin, ürəkaxrıdıcı dramlarından sayılır. “ Fil adam “ ləqəbi ilə tanınan Cozef Merik-in həyatı əsasında çəkilən bu film deformasiya nəticəsində eybəcər hala düşmüş 27 yaşlı britaniyalı gəndən bəhs edir. Baş rolları  Entoni Xopkins və Con Hert canlandırıb. Film 8 nominasiyada Oskara nominant olsada heç bir nominasiyada qalib olmayıb. Amma BAFTA və Sezar festivallarının laureatı olmağı bacarıb. Film ağ-qara lentə çəkilib.

Uşaqlıqdan Bayts adlı bir nəfərin frik-şoularının qəhrəmanı olan Cozef o qədər qorxuncdur ki,  ona baxmağa görə hamı cibini boşaltmağa hazırdı. Bayts isə Cozefə heyvana belə bəslənməyən münasibət bəsləyir. Döyür, söyür, alçaldır, ac saxlayır və s. Onun fikrincə Cozef həm də əqli cəhətdən inkşafdan qalmadı. Bir gün isə Trivs adlı gənc həkim bu “ möcüzəni “ görür. Gördüyü ona elə təsir edir ki, Baytsa bir qədər pul ödəyib, Cozefi ondan bir-neçə günlüyə alıb, işlədiyi xəstəxanaya gətirir. İnsanların belə eybəcər simaya reaksiyalarını bildiyindən Trivs “ fil adam “-ın başına torba keçirir. Xəstəxanadaykən Trivs Cozefə qısa sözlər, incildən fəsillər öyrətməyə başlayır. Sonralar məlum olur ki, sən demə Cozef kübarlara layiq, əqli tam formalaşmış, mədəni, danışa bilən, ağıllı bir insandı. Amma Bayts və Bayts kimilər üçünsə hələ də eybəcər kloundu. Və Bayt belə asanlıqla qazanc yerini itirmək istəmir…

Filmdə bir eybəcər insanın gözəl ürəyin göstərilir. İnamı, qüruru, mədəniyyəti, yüksək səviyyəsi qabardılır. Cozef iki şey üçün darııxır həmişə. Anası üçün və insan kimi uzanaraq yatmaq üçün. Başının həddən artıq böyük olması onun uzanaraq yatma arzusunu məhv edən səbəbdi. Cozef istənilən bir insana ibrət olunası şəxsiyyət kimi şərəfli ömür sürür… Acılarla dolu olan 27 illik ömür.

Fotodakı gərçək Merik-di.

P.S. Film ən ağır dramlardan sayılsa da məncə baxılması vacib barmaqla sayılası ən gözəl filmlərdədi.