PYERO PAOLO PAZOLİNİ
1) DEKAMERON
2) The Canterbury Tales
3) A Thousand and One Nights (Arabian Nights)
Pazoliniyə baxan kəs bilir ki, o fərqlidir. Bu filmlərə baxarkən bəlkə də iyrənə bilərsiniz və ya rejissoru pornoqrafiyada günahlandıra bilərsiniz, amma bu filmlərin hamısında qeyri-adilik var. Dünya kinosunda səs-küy salan rejissorların başında gələn Pazolinin filmləri gündəlik gördüyünüz seriallar və ya dırnaqarası həyati filmlərdən deyil. Qeyd edim ki, bu filmlərin hər üçü mükafat qazanıb.”Dekameron” və “Kentenberi hekayələri “ Berlin festivalında, “MinBir gecə” (Ərəb Gecələri-digər adı) filmi isə Kann festivalında QRAN-PRİ mükafatını qazanıb… Məncə yeni-yeni filmlərə baxmağa başlayan kəslər Pazoliniyə baxmasınlar. Nifrət yarada bilər… və çox şükür edin ki, mən sizə “Salo və ya Sodomda 120 gün” filmini məsləhət görmürəm.
The Canterbury Tales filmindən bir hissə
DEKAMERON filmindən bir hissə
A Thousand and One Nights (Arabian Nights) filmindən bir hissə
Bu şəkillər isə “The Canterbury Tales” filmindəndir..
“The Canterbury Tales” Şəkilləri Blue Ray keyfiyyətdə bu linkdən götürmüşəm.
Yaxşı ki, kinoya təzə baxmağa başlayanlara xəbərdarlıq etmisən :)
Bu filmlərə baxmamışam. imkan olan kimi araşdırıb baxacam. nəsə maraqlı gəldi :)
BAxmisham ve sevmishem :))
Şahin görəsən həmin mağazada hansısa rejissorun kinolarından ibarət disk var türkcə dublyaj? Əgər orijinal dili ingilis dili deyilsə..
Yoo orda rejissor kolleksiyalari yoxdu. Amma 28-de ( Metleb deyesen onu basha dushub ) var amma ruscadi.
Orxan var,amma rusca
“Salo və ya Sodomda 120 gün” filminin çox səs-küy yaratdığını eşitmişdim.Baxdım. Daha doğrusu baxmağa çalışdım. Heç kimə məsləhət görmürəm
neyniyirdilər orda? =)
Heç nəyə bənzəmirdi etdikləri.Ad vermək olmaz. İnsanlığa nifrət edərsən. Psixologiyan pozular. Mən yarımçıq saxladım.Bilirəm, belə deyəndə əksinə, maraq yaranır filmə. Amma doğrudan qətiyyən baxmayın
Baxma deyirsən baxmayım :) O qədər də sevmirəm psixoloji filmləri, əksinə bir az marağım var idi, qaçırtdın :)