Bu gün kinoteatrda yerli film izləməyə getmişdim. Artıq kinoteatrlarda biletlə yerli filmlərin nümayiş olunması çox sevindiricidi.
Film çox gözəl idi, və baş rolu ifa edən aktyorlardan biri “Gənc Aktyorların Oskar Mükafatı”na layiq görülüb. Müxtəlif festivallarda nümayiş etdirilib.
Film haqda növbəti postların birində yazacam. Çünki çox gözəl bu yerli film haqda yazacağım postu aşağıdakı kənar təəssüratlarım ilə çirkləndirmək istəmirəm.
İndi yerli filmə bəzi tamaşaçıların münasibəti haqda yazmacam. Yaxşı ki, bunlar ümumi tamaşaçının 10%-ni təşkil edirlər, amma yerdə qalan 90%-in də əsəblərini korlayırlar. Keçim bu 10 faiz haqda ürəyimi boşaltmağa..
Xüsusilə də Üç Həyasız qız haqda.. O həyasızlar ki, təkcə film başlayandan 15 dəqiqə sonra zala səs-küylə girdikləri üçün tamaşaçıları narahat etmədilər, həmçinin filmin Azərbaycan filmi olduğunu biləndə yüksək səslə gülərək hər bir kəlməni ələ saldılar. Hansılar ki, Azərbaycan dilində heç 10% düz-əməlli danışa bilməyən azərbaycanlılardı. Və “zor” təbəqənin nümayəndələridi. Mırtlaşmaqları boğazdan.. və hər 2 dəqiqədən bir fahişə kimi gülərək aralarında soruşurlar ki, “bu Azərbaycan kinosudu? Azərbaycan kinosuna baxmağa gəlmişik?” Gör insan nə qədər ling olar ki, bilet aldığı filmin nə olduğunu bilməsin. Yaxşı ki, 15 dəqiqə əsəblərimizi tarıma çəkədən sonra rədd olub zaldan çıxdılar.
Bunlardan sonra “bukimilər” fəsiləsinə aid olan digər tamaşaçıların film boyu aramsız davam edən şərhləri adamı o qədər də bezdirmədi. Bunlardan sonra dəli şeytan deyir ki, Azərbaycan filmlərinə ancaq diski alıb evdə bax. Yoxsa bizim mız qoyan tamaşaçılarımızla fikrini filmə cəmləmək mümkün olmayacaq. O tamaşaçının yanında ki, başı çıxanlar kimi hər səhnəyə bir şərh deyir, bir mız qoyur, anqırışır, zingildəşir, civildəşir, bir sözlə zalı mırtı meyxanasına çevirir.
Baxdığım filmin dilində “pornoqrafiya, pox və digər sözlər” də var idi ki, bu da yenə həmin tamaşaçıların gülüş və müzakirə obyektinə çevrilirdi. Elələrini atıb dəryada boğmaq istəyərsən, amma onlardan canını qurtara bilməzsən.. Filmdən bir sitatda da deyildiyi kimi.. “Pox… suda batmaz”
Orik, yaxşı ki, orda mən olmamışam. Sənin kimi səbrli adamda belə təəsüratlar oyadıblarsa gör mənə necə təsir edərdi. Bunları posta yazmazdan əvvəl üzlərinə deyərdim :D
Üzlərinə desəydin təsir edəcəkdi guya? Suda batmaz şeydilər :)
TAmashaci medeniyyetsizliyi ile bagli xatirem var menim de. YAdimdadir Shutter Island filminde, filmin en tesirli yerinde – Leo Di Caprio aglayanda – 2 qiz bu sehneye baxib qehqeheden bogulurdu. Heyfslenirem ki, o vaxt onlara irad tutmamishdim. Belke de sehvi uze desek, pert elesek, hetta tehgir elesek onlar eyni qeleti tekrarlamazlar.
Yoxe xeyri yoxdu, o dediklərini qanacaqlı adama deyəndə təsirli olur. Postun adı ona görə suda batmazdı də, xeyri yoxdu :)
Fuck belələri və elədikləri Fuckın görüntüyə görə mənası olaraq :)
Artıq burdakı görüntü birbaşa tərcüməni tələb edir :)
Mence bir az da kino istehsalchilarini qinasaq yaxshi olar. elbette medeniyyet bizde yuksek seviyyede deyil ancaq mence kinonun Promousn (Reklam) ishleri de zeif olub. Kino senayede budcenin 60 faizi reklama ayrilir. Bizde ise teessuf ki bu 60 faizi rej, prod, ve s. bolurler. mence kino ekrana chixmazdan ele ehval yaratmaq lazimdir ki, tamashachi ono gozlesin. (Sohbet dushuk tamashachilara da aiddir)
P.S. O ki qaldi o qizlara, men muellifle tamamile raziyam…
Dediklərinizlə razıyam, amma bu film (Səhə) yaxşı reklamı ilə digər Azərbaycan filmlərindən seçilirdi, ən azı treyleri, afişası, film haqda müxtəlif xəbər saytlarında yazıları, yaradıcı heyətin müsahibələri var idi. Hətta televiziya kanallarında da bir neçə dəfə haqqında danışılıb. filmin kinoteatrda göstərilmə tarixi də feysbukdakı bir event-də göstərilmişdi.
ela yazmisiniz,siz hələ səbirliymişsiniz ki onlara dözmüsünüz bu film haqda hardan məlumat ala bilərəm?
Əslində film haqda da yazacaqdım e, amma heç cür vaxt tapıb yaza bilmədim. Filmin adı “Sahə”-di. Bu da traileri: http://www.youtube.com/watch?v=CbHFw1VWi0w
Maraqlı kino idi, yəqin bir müddət sonra satışda diskləri olar, ya bəlkə var, mütləq alın baxın