Babam ve oğlum

İMDB – 8.7/10

2005

Türkiyə

Dram, Romantik

Rejissor: Çağan Irmak

Baş rollarda: Çetin Tekindor, Fikret Kuskan, Ege Tanman

Bu filmə çoxdan baxmaq istəyirdim, indiyə qismətmiş..”V for Vendetta” , “Requiem for a dream” , ” Forrest Gump” , ve hal hazırda ağlıma  gəlməyən və insanı təsirində saxlayan digər filmlər çox olub, amma sırf bu film mənə daha doğma gəldi.. Hadisələr çox təbii idi. Bəlkə də uşaqlığımdan bəzi “franqmentləri”  yadıma salırdı ona görə… baxdıqca insanın gözlərinin dolmaması (sonda  hətta ağlamaması) mümkün deyil :( 3 nəsli (baba, ata, nəvə) birləşdirən qan bağı, nə qədər inciklik olsa da onlar arasındakı sevgi, bağlılıq  mükəmməl təsvir olunub.

Atası Sadıkı Kənd təsərrüfarı üzrə oxumaq üçün İstanbula yola salır amma o jurnalist, + anarxist olur, buna görə də atası ilə aralarında mübahisə düşür, Sadık atası Hüseyn ağaya digər “qulları”  kimi sadiq olmadığı üçün atası onu övladlıqdan rədd edir. Hər ikisinin illər boyu deyə bilmədikləri, amma iksinin də bildikəri sözləri Sadık 7-8 yaşlı oğlu Deniz ilə illər sonra  evinə qayıdanda atası ilə arasında keçən ilk dialoqunda dilə gətirirlər. Məlum olur ki, əslində ata-oğul ikisi də necə də eynidi..

Sadık: ..Adım Sadık, Abimin adı Salim… Niye bizə bu adları verdin, baba? Bu kadarmı korktun bizden? Hayatımızı kendimizin yönlendirmesinden?… Baba buraya niye geldim bilmiyosun!…Denize bi oda ver. Onu yanına al..Burada büyüsün bi evi olsun. Gide bileceyi başka  bi yeri yok.

Hasan: Yaa..Gördün mü evlat ne demek?

Sadık: Gördüm baba. Peki sen çocuğunun büyüyeceyini görmeyeceyini bilmek  ne demek gördünmü? Hiç bilirmisin bu duyquyu? Hayat devam edecek, birileri yeni kitaplar yazacak, okumayacaksın…Yeni filmler çekilecek, izleyemeyeksin…Sevdiyin şarkıyı dinlemek isterken dinlemeyeceksin.. Bunlar kolay, alışır insan. Ama oğlunu büyürken izleyememek, yanında olamamak, ilk kız arkadaşını göremiyicek olmak… Ona bi oda ver Baba..bi evi olsun..ama zaman-zaman da çıkıp gide bileceyi bi yer…

Bu səhnə çox təsirli idi, izləyin özününüz görün…

Deniz Sadıkın oğludu. O dünyaya gələrkən anası dünyasını dəyişib :(  Deyirəm də, film əvvəldən ağlaşmadı.. Bu uşağı yemək istəyirdim çox şirin idi :)  Denizin xəyal dünyası çox rəngarəngdir, oxuduğu kitablardakı qəhrəmanlar gözününü önündə canlanır. Özünü hansısa əsərin içində və super qəhrəman hesab edir. Onun xəyalları filmə rəng qatırdı :D

Ümumiyyətlə, bu kino dram olsa da arada mırt səhnələr də var idi. Nuran (Sadıkın anası) və gəlinin radioqəbuledici (ratsiya)  ilə danışması- tamam!,  Denizin “bu telsizlə arkadaş arıyorum” deyib özünə dost axtarması mırt idi :)  Bir də, Sadıkın böyük qardaşı da adamı güldürürdü. Ağıldan bir az kəmdir, amma çox saf və ürəyi təmiz insandır.

Yenə Denizə qayıdım..Bu uşaq öz şirinliyi ilə inadcıl babası Huseynin də ürəyini ələ alıb onu yumşalda bilir. Nə də olsa nəvəsidi :) Amma ən çox da bu uşağa görə pis oldum :(  Bir söz var, hər şey yaxşılığa doğrudur, hər şeyin bir səbəbi var. Filmə baxanda bu sözlər yadıma düşdü, bir az da “qıcık” oldum. Nəyə görə nələrsə düzələcəksə başqa şeylər ona qurban getməlidir? Həmişə belə olub. Nəyə görə ki, yaxınların, doğmaların barışması, incikliklərin keçməsi üçün birinin başına bədbəxtlik gəlməlidi? Lənətə gəlmiş qürurdu insanlara sevgilərini gec olmadan dilə gətirməyə imkan verməyən ya kin?! Bax bunları dedizdirəcək bir filmdi bu!…Necə ki, Hüseyn ağa sonda bunun artıq gec olduğunu anlayanda dəliyə dönür, dərddən yaxasını yırtır, amma nə fayda…

P.S  Atası Denize öyrətdi ki, insanlar böyüdükcə xəyallara çox bağlı olmazlar. Yani insanlar büyüdükce hayaller küçülür. Sizce de insanlar büyüdükce hayaller küçülür mü?..