Kaybedenler Kulübü

2011
Türkiyə
Komediya, dram, erotik, romantik
İMDB xalı-7.9/10
Rejissor- Tolga Örnek

Neçə gündü FB-da bu filmin güclü reklamı gedirdi =) Xüsusilə, filmin saundtrek-ləri  “My Woman”, “Get Misunderstood” çox sevildi. “Hamı bu filmdən danışır” dedilər, mən də baxıb danışmaq istədim. Amma bu film danışılası yox, izləniləsi filmdir. Hadisələrin elə güclü inkişaf xətti, kuliminasiya filan yoxdur. Sadəcə başlayır və bitir. Həm də heç gözləmədiyiniz anda  =) Yenə də çalışacam, ucundan-qulağından nə isə danışım :)

Bu elə bir filmdi ki, hamıya yaşadıqlarını xatırladacaq. Hamı bir anlıq özünü “loser” kimi hiss edəcək. Bir qəzet filmə aid yazını bu başlıqda verib :” Hayatın kıyısında Yaşayanların Öyküsü”

Filmin özünənməxsus, maraqlı üslubu var. Komediya ilə dramın gözəl ahəngini yaradıblar. Amma mənim üçün film daha çox dram idi, nəinki komediya. Tamaşaçı çox sıxılmasın deyə filmə yumorlar da qatıblar, elə bil. Alınıb da =)

Filmdə  baş rolları  Nejat İşler (Kaan), Yigit Özsener( Mete) və Ahu Türkpençe (Zeynep) bölüşürlər.

Kaan 38 yaşında fotoqraf, naşirı, intellektual insandı. Prinsiplerinə çox bağlıdıvə ac qalsa belə dediyindən dönən deyil. Sakitdir, amma əsəbiləşəndə gözü heç nəyi görmür. Motosikleti onun sevgilisi kimidir. İçkiyə, gecə həyatına bağlı insandı.

Mete, Kaandan 4-5 yaş cavandır. Sakit təbiətlidir, amma içkidən asılı olaraq dəyişə bilir. İngilis musiqisi ilə maraqlanan və vallar da daxil olmaqla bir çox kolleksiyaları var. Buna qadınlar da daxildir. Tək yatmaqdan nifrət edən, həyatında həmişə bir qadın olmasını istəyən bir tipdir. Birlikdə olduğu qadınların adını həmişə yaddan çıxarır. O qədər adı yadda saxlamaq olar?! :P Buna görə həmişə verdiyi “Senin adın neydi?” sualına bir səhnədə qəşşəng cavab alır :D

Kaanla Mete birlikdə radioda işləyirlər. (İşləmək deyəndə, buna görə heç pul da almırlar. Çünki buna bir vəzifə, məcburiyyət kimi baxmırlar. Sadəcə hər gün eyni saatda efirə çıxıb səmimi söhbət edirlər. İçlərindən gəldiyi kimi)   Onlar tənhalıqları ilə “məzələnən”, hər gün sistemə qarşı “dirəşən” iki dostdu. Pula görə məcbur qalıb bir iş görmək istəmirlər.  Radio proqramları gecələr olur və adı da filmlə eynidir “Kaybedenler Kulübü”. Onlar hər gecə ağıllarına nə gəldi danışırlar. Heç bir qayda, senzura maraqlandırmır onları. Məsələn, gecə efirə zəng edən qadınlara ilk sözləri bu olur.”İyi geceler. Sizinle yatmışmıydık? Neden yatmadık ki?! Yatalım o zaman. Sonuçta her gece hepimiz yatıyoruz. O zaman neden ayrı-ayrı yatalım. Hepimiz beraber yatalım.”  Çox maraqlı dialoqları var bu iki nəfərin. İki şizofren danışır elə bil =)) Ən çox güldüyüm səhnə radioda anqut şeirini deyib “halay çektikleri” səhnə oldu=) Bu proqrama görə radioya çoxlu şikayət məktubları gəlir. Amma reytinq cədvəlində də ön sıralar onlarındı. Çünki insanlar səmimiyyət görür onlarda. Ən əsası da budur. Tamaşaçı bir işdə səmimiyyət hiss etdisə ona laqeyd qalmayacaq.

Maraqlı personajlar var filmdə. Xüsusilə də ikisi. Biri, Kaanla eyni evdə yaşayan,bütün gününü kreslosunda keçirən, saatlarla Tv-də eyni şeyi təkrarən izləyən, pizzanın üstünə mayonez çəkib yeyən ixtisasca tərcüməçi (lətifəsi məndən uzaq :D)  Murat (Riza Kocaoğlu- “Av Mevsimi”nə baxanlar də Asit Ömer rolunda görüb onu) . O biri də Kaanın biraz qeyri-aydın danışan iş yoldaşı. Deyəsən, buna görə dediklərini altyazı ilə verirlər. Altyazı da demək olmaz, kənardan çıxır yazılar :P South Parkdakı Kenny-ni yadıma saldı bu personaj :D  Bir səhnədə “…dirin gidin lan” deyir, kənarda görünən yazıda isə belə parafraz olunur ” Lütfen gidin, efendim.” :D

Filmdə Kaanın yaşayış tərzi “Issız Adamı”, işıq effektləri, filmin çəkildiyi məkanlar və “loser” mövzusu isə “Fight Club”ı xatırladacaq sizə .Filmdə kitab oxuma vərdişi haqda gözəl mesajlar var. Sahildəki skamyada oxunan kitablar, ana ilə aparılan kitab müzakirələri, asosial bir adamın üstündən qalxmadığı kreslosunda sevgilisi ilə kitab oxuması kimi… Ümumiyyətlə, film aktyorları, musiqiləri və dialoqları ilə arxivlik bir filmdir.

Onu da qeyd edim ki, filmin erotik səhnələri çox zövqlə çəkilib.

_ Nasılsın?
_ Standart. İyidir işte.

_Allah standartdan ayırmasın.

*****

“Ölümün olduğu yerde daha ciddi ne ola bilir?”
“İçelim.”

“Şişe, güzel bir zenci kadına benziyor… içi vakitsiz öldürülmüş bir ejderhanın köpüren kanı dolu.”

“Rutinleşen her şey bir yerden sonra sıkıcı hale gelir. bu yüzden komşunun çimleri her zaman daha yeşil gözükür.”

“Hiç aradığın şeyi bulduğunda, bulduğun şeyin aradığın şey olup olmadığına dönüp baktın mı ?”

“İnsanın yer yüzünde kendisine en uzak olduğu nokta, kendi sırtıdır aslında.”

“Kaybedenlik bir durum, seçim. yalnızca oturmak ve seyretmek, beklemeyi bilmek. bunun içinde heidegger de var, camus de, sartre da, nietzsche de… bir nevi eylemsizlik, tamamıyla bir bakış açısı; bir şeyi kaybetmekten değil. dinginlik hali, sakinleşmeyle örtüştüğünü söylemek mümkün. vazgeçişin tersi çünkü bir kaybeden intihar etmez, ulaşacağı, değer verdiği bir şey yoktur. değerli olan her şey değer verdiğimiz kadar var. bir bilgelik arayışı…”

” Kadınlar, seni sen yapan özelliklerine aşık olurlar, sonra da o özellikleri senden almaya çalışırlar.”

– geçen cumaya gittim.
+ ne zaman?
– salı. ben hep salıları giderim, daha sakin olur.

“İnanmak istediğim herşeye inandım bugüne kadar kaan. sonunda öleceğimi, sonunda kanayacağımı bildiğim halde. istediğim her şeye inandım. birşeyleri elde etmeye çok yakın hissettiğimde de kaybettim.”

İşə gecikən Zeynepe  müdiri: ” Nerde kaldın, kızım ya?”
Zeynep: “Kusura bakmayın. Aşık oldum. geceleri uyuyamıyorum.”

Bir də tamamilə razılaşdığım bir cümlə var idi, təqribən belə : “Eğer birşeyleri elde etdikden sonra kendinize ” Eee? Şimdi nolucak?” diye soruyorsanız demek ki, siz kaybedensiniz.”

Film çox yenidir. Primyerası martın 25-i olub. Odur ki, filmə ilk baxanlardan biri olun və ətrafdakılar kinodan sitatlar gətirib zarafatlar edəndə mövzuya “fransız qalmayın” deyirəm =)

Filmə onlayn baxdım. Bizim kinoteatrlarda verməyəcəklər onsuz da. Bizim pirat diskləri alınca… yorulmağınızı istəmədim və linki paylaşıram sizinlə. Nuş olsun=)

Şəkilləri isə filmin rəsmi internet səhifəsindən götürmüşəm.

Kişisel not:  Ucundan-qulağından yazacam dedim, burdakı ən geniş yazım oldu ki =)

Kişisel kişisel not: Yazının əvvəlindəki erotik səhnələrə klikləyərkən üzünüzdə yaranmış “oyuncağı əlindən alınan uşaq” mimikasını görmək üçün nələr verməzdim nələr :D