RIO 3D


2011,
Amerika,
Animasiya, macəra, komediya,
Ice Age-in istehsalçıları tərəfindən,
Rejissor: Carlos Saldanha,
Ssenari : Don Rhymer,
Səsləndirmə: Anne Hathaway (Jewel) , Jesse Eisenberg (Blue) , Rodrigo Santoro , Jake T. Austin (Fernando) , George Lopez, Leslie Mann , Carlos Ponce , Kate del Castillo , Bernardo de Paula,
Ölkəmizdə premyeraya çıxış tarixi: 07 Aprel 2011

Film 3D formatlı olaraq premyeraya çıxmışdır. Mövzuya keçməzdən öncə animasiya olaraq hazırlanmış filmə 3D olaraq baxmanın ayrı bir keyfi olduğunu vuruğulamaq istəyirəm. Filmin əsas qəhrəmanı “Blue” adlı tutuquşudur.

Daha kiçik vaxtlarından yuvasından düşmüş və meşədən oğurlanmışdır . Oğurlandığı maşın Minnesota’nın Moose Lake şəhərində kiçik bir qəza keçirərkən “Blue” tutuquşu-nun olduğu qutu yolun kənarına düşərək Linda adlı bir qız tərəfindən tapılır. Bir neçə il bu qızla yaşayır. Uçmağı heç bilməyən bu tutuquşu Linda ilə konfortlu bir həyat yaşayır.

Linda Mavi tutuquşunun nəslinin son növü olduğunu düşünürdü o günədək ki, Rio de Janeiro-da nəslinin dişi növünü Jewel adlı quşun yaşadığını bilənə qədər.  Bundan sonra mavi tutuquşunun Rio ya doğru macəralı səyahəti başlayır.

Filmdə musiqilər də çox gözəl hazırlanmışdır. Diqqət etdim və sevdiyim müğənnilərdən olan Lil Wayne-nin də mahnılarına rast gəldim.

Rio ya çatdıqdan az müddət sonra bacarıqsız heyvan tacirləri tərəfindən qaçırılan Blue və Jewel üçün çətin günlər başlamaqdadır. Bir tərəfdən Linda-nın tutuquşunu axtarması və digər tərəfdən Blue və Jewel-in heyvan tacirlərindən qaçışı paralel bir macəranın axışını sərgiləyir.

Sonda Lindanın karnavalda Blue – nun tacirlər tərəfindən qaçırılmış olan Jeweli axtararkən tapması, yenidən tacirlər  tərəfindən təyyarə ilə qaçırılması və bir çox hadisələr aş verir. Təyyarədə qaçış planı qurmaq istəyən Blue bacarıqlı şəkildə planını sərgiləyib bütün quşları azad etmək istəyir.

Lakin bu qaçış zamanı Jewel qanadını zədələyir və sürüşərək təyyarədən yerə doğru düşür. Hadisəni görən Blue Jewel üçün cəsarətlənərək ilk dəfə qanad çalır və Jewel-i azad etmək üçün uçmağa çalışır.

Blue indi çətin seçim qarşısındadı.. Linda yoxsaJewel? Hansı ilə Rio  meşələrində sonadək yaşamağa davam edəcək?.. Kinoteatrlarda ;)

Filmin Afişaları

Filmin Azərbaycanca subtiter ilə treyleri