Tangled

2010,

ABŞ,

Animasiya, Komediya, Ailə,

Rejissorlar: Nathan Greno, Byron Howard

Son zamanlar baxdığım ən gülməli, maraqlı, həyəcanlı, reallığa daha yaxın olan animasiya filmi. İzləməmisinizsə, vaxt itirmədən izləyin :) Mövzusu nağıldan götürülmüş bu filmdə personajları  və hadisələri elə gözəl canlandırıblar ki, kinoya baxandan sonra bir də baxmaq istəyirsən. İnsanlardakı mimikalar, at və buqələmunun gülməli hərəkətləri ayrıca ləzzət elədi :) Filmi çəkənlər elə ekskluziv personajlar yaradıblar ki, adam hərəsinə aid bir kino çəkilməsini istəyir ki, onları daha yaxından tanıyasan. Başqa animasiyalardan fərqli olaraq burada qan, ölüm kimi səhnələr də var, ümumiyyətlə animasiya janrında çoxlu yeniliklərlə zəngin filmdi. Artıq sözə ehtiyac yoxdur, bir sözlə məsləhətli kinodu, izləyin ;)