Aktrisa

2011

Rejissor: Rövşən İsax,

Dram, Detektiv, Psixoloji

Film yazıçı İlqar Fəhminin eyniadlı romanın motivləri əsasında çəkilib.

Filmə dünən, premyerasından 1 ay sonra,8 apreldə, Cineline-ın təşəbbüsü ilə NİSA-da baxdım. Filmdə əməyi keçən hər kəsə və bizi filmi izləməyə dəvət edənlərə təşəkkür edirəm.

Film barədə ilk olaraq onu demək istəyirəm ki, son zamanlar izlədiyim yerli filmlər arasında ən yaxşı filmdir. Ən əsası müasir Azərbaycan filmlərinə xas aktyorların qeyri-təbii, cansız ifası bu film üçün xarakterik deyil.

Film rejissorun da dediyi kimi realist janrda çəkilməyib. Baş verən hadisələr xəyali xarakter daşıyır. Reallıqda belə bir hadisənin baş verməsi qeyri-mümkün görsənir.

Fimlin maraqlı ideyası var. Valideynlərin təkidi ilə sənət, peşə seçimi, şəxsi istəklərin nəzərə alınmaması gələcəkdə narazılığa, ən pis halda isə faciələrə səbəb ola bilər.

Filmin qısa sujeti belədir : Aktrisa olmaq həvəsi ilə yaşayan qadın, həyat yoldaşının qadağalarına boyun əyməli olur. Lakin sənətə olan qeyri-təbii bağlılığı onun və ətrafındakı insanların faciəsinə gətirib çıxarır.

Sonda polis aktrisanın faciəsindən dərs alır, oğlunu şahmata yox, həvəsi olduğuna görə, boksa göndərir. Bu son kadr, bu nəticə xoşuma gəldi..

Son dövr Azərbaycan filmlərinin səviyyəsini nəzərə alaraq “Aktrisa” filmini möhtəşəm ekran əsəri adlandırmaq olar.

Filmi izlədikdən sonra rejissor və ssenari müəllifi ilə tamaşaçılar arasında filmə dair maraqlı müzakirələr oldu.

Şəkilləri filmin feysbuk səhifəsindən götürmüşəm