Scott Pilgrim vs. the World

Skot Pilqrim Dünyaya qarşı

ABŞ, 2010

Komediya, Döyüş, Fantastik.

Rejissor: Edgar Wright


Çoxdan baxmağı planlaşdırırdım, amma indi baxıb qurtardım. Sərhədli yazmayacam.. İsti-isti sizlə təəssüratlarımı paylaşmaq istəyirəm.

Son vaxtlar baxdığım ən əyləncəli kinolardan biri idi. Çox xoşuma gəldi… Kino əvvəldən axıra kimi 90-cı illər video oyunların səsləri ilə gedir. Elə başlayanda da “Universal” bu səslərlə başlayır.

Kinodakı bütün rənglər və xarakterlər çox rənglidi, Romananın qırmızı və göy saçları kimi pozitiv :)

Ekrana gələn çoxlu yazılar var, ən gülməliləri pee bar və :o oldu mənimçün.. Skotun dəhşət mırt sifəti var. Pee bar-ı görəndə Skotun əlini yumağına və qurulamağına fikir verərsiniz :DD

Nəysə, bundan əlavə musiqilər, bass, ritmlərr D D D D D-lar və bonus qəpiklər.. o o o o o o o o… Üstəlik qız üçün yeddi pis boyfriend ilə maraqlı arcade döyüşlər.

Əgər kinoya əylənmək üçün baxacaqsınızsa elə indi axtarın baxın, qəti vaxt itkisi olmayacaq, çünki komediya və əyləncənin qarışığıdı.. Düzdü başlayanda bir az qarışıq gələcək, amma öyrəşəcəksiniz, yəni görəcəksiniz ki, süjet xəttini güdməyin mənası yoxdu…

İşdən və bəzi problemlərdən uzaqlaşıb fasilə elan etmək üçün əla kinodu… 4.. 3.. 2.. 1.. baxın məncə :)