2011
ABŞ
Animasiya, Macəra, Komediya,
Rejissor: Gore Verbinski
Rollarda: Johnny Depp, Isla Fisher, Timothy Olyphant
İki həftə qabaq facebookda “Kinomansan?” səhifəsinin təşəbbüsü ilə kinosevərlər yığışıb getdik kinoteatrda Rango filmini izləməyə. Bu 2D formatlı animasiya filmi çox xoşuma gəlsə də ən yaxın dostlarıma bilet çatmadığına görə film haqda yazmağa da həvəs qalmamışdı, amma hal-hazırda kinoteatrlarda yeni filmlərin o qədər də maraqlı olmadığını, həm də Rangonun təxminən aprelin 7-ə kimi kinoteatrlarda göstəriləcəyini nəzərə alıb, oxucuları bu filmə baxmağa həvəsləndirmək istədim.
Həmin həftə baxdığım Absurdistan və Rango filmlərində əsas mövzu su problemi idi, bilmirəm təsadüfdür yoxsa qlobal problemləri qabartmaq istəyiblər, amma hər halda qəhrəmanların su problemini aradan qaldırmaq cəhdləri gözəl lentə alınıb.. Filmin baş qəhrəmanı Rangonu canladıran məşhur aktyor Johnny Depp-dir. Axırdada sizinlə paylaşacağım görüntülərdə səhnə arxası çəkilişləri də görəcəksiniz. Ümumiyyətlə görüntülərin hamısına baxsanız filmə baxmış kimi olacaqsınız, çünki demək olar ki, kinonun ən maraqlı səhnələrinin hamısını posta yerləşdirmişəm.
Ümumiyyətlə, ilk baxışdan toppuş animasiya qəhrəmanlarından xoşumuz gəlsə də, Rangonun cılızlığı da pis alınmayıb. Özünəməxsus hərəkətləri ilə məni filmə baxarkən darıxmağa qoymadı..
Hər halda bu son günlərdə vaxtınız varsa, vacib işləriniz yoxdursa, özünüzə vaxt ayırın, dostlarınızı da götürün gedin kinoteatra. Sizin üçün vaxt itkisi olmaz, hər halda filmin janrları belə deyir. Çox danışmayıb filmin şəkillərini, afişalarını, treyler və görüntülərini sizinlə bölüşürəm.
Heyf bizim üçün bilet tapılmadı çox maraqlı filmdir :) Səhnə arxası çəkilişləri az qala filmin özündən maraqlı gəldi :)
Heyf ki, bilet qalmamışdı.. Amma görüntülərin hamısına baxdınsa kinoya baxmış qədər varsan :)
Kinoteatrda izləyə bildim bu yaxınlarda. Çoox maraqlı süjet xətti və maraqlı hissələri var:)
2D-nin öz ləzzəti var, animasiya da olsa kino kimi çəkilib :)