
Bu gün artıq fevralın 28-i, Bakı vaxtı ilə gecə saat 5-dir. Artıq iki saatdır ki, Oskarın Qırmızı Xalçasını izləyirik. Məşhur simalar növbə ilə Kodak teatrına daxil olurlar. Doğrudan da hamısı çox gözəl görünür, xüsusilə də aktrisalar şıq və eleqant geyimləri ilə göz qamaşdırırlar. Artıq Oskar mükafatının təqdimetmə mərsiminə təxminən 20 dəqiqə qalıb.
Bakı vaxtı ilə gecə saat 5:30-dur. Artıq təqdimetmə mərasimi başladı. Şou James Franco və Anne Hathaway-in ən yaxşı 10 film içərisindəki virtual səyahətini canlandıran kiçik komediya filmi ilə başladı və məşhur zaman maşını ilə bu günkü Oskar təqdimatına özlərini çatdırmaqları ilə sona çatdı.
İlk iki mükafatı Tom Hanks təqdim edir..
Oscarın 1-ci mükafatı Quruluşçu rəssamın/dekoratorun ən yaxşı işinə görə “Alice in Wonderland” filminə verildi. Dizayn: Robert Stromberg, Səhnə dekorasiyası: Karen O’Hara. Onların rəqibləri isə aşağıdakılar idi:
2-ci mükafat Operatorun ən yaxşı işinə görə “Inception” filminə verildi. Operator Wally Pfister. Onun rəqibləri isə aşağıdakılar idi.
3-cü mükafata Ən yaxşı ikinci plan qadın roluna görə “Fighter” filmindəki Melisa Leo layiq görüldü. Rəqibləri:
4-5-ci mükafatlarını təqdim edənlər Justin Timberlake və Black Swan filmində Lily rolunu canlandıran cazibədar aktrisa Mila Kunis idi.
Ən yaxşı qısametrajlı animasion filmə görə mükafatı “The Lost Thing” filmi aldı. Shaun Tan və Andrew Ruhemann. Rəqibləri:
Ən yaşı tammetrajlı animasion filmə görə mükafatı isə “Toy Story 3” filmi aldı. Lee Unkrich. Rəqibləri:
6-cı mükafatı ən yaxşı ssenariya görə Aaron Sorkin-in ssenarisini yazdığı “The Social Network” filmi aldı. Rəqibləri isə aşağıdakılar idi:
7-ci mükafatı ən yaxşı orijinal ssenariyə görə David Seidler-in ssenarisini yazdığı “The King’s Speech” filmi aldı.
İndi isə mərasimin yarısında smokinli Anne Hathaway gözəl həm də gülməli bir mahnı oxuyur. James Franco da qadın libasında və simasında səhnəyə çıxaraq tamaşaçıları güldürür.
8-ci mükafatı təqdim edənlərin arasında məşhur komediya ustası Russel Brand də var. Xarici dildə ən yaxşı filmə görə mükafatı isə Danimarka istehsalı “In a Better World” filmi alır.
9-cu mükafatın sahibi Ən yaxşı ikinci plan kişi roluna görə çoxlarının favoriti Christian Bale oldu. “The Fighter” filmindən
10-cu mükafatı Nikol Kidman təqdim etdi. Ən yaxşı musiqiyə görə “The Social Network” filmində Trent Reznor və Atticus Ross
11-ci mükahatın sahibi ən yaxşı səs montajına görə “Inception” filmindən Lora Hirschberg, Gary A. Rizzo və Ed Novick aldı
12-ci mükafata ən yaxşı səsə görə “Inception” filmində Richard King-ə layiq görüldü.
13-cü mükafat ən yaxşı qrimə görə “The Wolfman” filmindən Rick Baker və Dave Elsey-ə verildi.
14-cü mükafat ən yaxşı kostyumlar dizaynına görə “Alice in Wonderland” filmindən Colleen Atwood-a verildi.
15-ci mükafat ən yaxşı qısametrajlı sənədli filmə görə “Strangers No More” filmindən Karen Goodman və Kirk Simon-a verildi.
16-cı mükafat ən yaxşı qısametrajlı filmə görə “God of Love” filmindən Luke Matheny-yə verildi.
Bundan sonar şounun bir hissəsi olan müxtəlif filmlərdən kadrların kəsilməsi və montajı ilə ərsəyə gələn myuzikallar göstərildi. Bu da özlüyündə mərasimə duz qatdı.
17-ci mükafatı ən yaxşı sənədli filmə görə “Inside Job” filmindən Charles Ferguson və Audrey Marrs-a təqdim etdilər. Film mövzusu Qlobal Maliyyə böhranından bəhs edir.
18-ci mükafat ən yaxşı vizual effektlərə görə “Inception” filmindən Paul Franklin, Chris Corbould, Andrew Lockley və Peter Bebb-ə təqdim olundu.
19-cu mükafat ən yaxşı montaja görə“The Social Network” filmindən Angus Wall və Kirk Baxter-ə təqdim olundu.
20-ci mükafat ən yaxşı mahnıya görə “Toy Story 3″ filmindən “We Belong Together” adlı mahnıya layiq görüldü. Musiqisi və sözləri: Randy Newman. Hər dörd mahnı mərasim müddətində səhnədə canlı olaraq ifa edildi.
Artıq növbə ən böyük 4 mükafatı təqdim etməyə çatır.
21-ci mükafatı Ən yaxşı rejissorluğa görə “The King’s Speech” filminin rejissoru Tom Hooper alır.
22-ci mükafatı ən yaxşı qadın roluna görə “Black Swan” filmindən Natalie Portman alır.
23-cü mükafatı ən yaxşı kişi roluna görə “The King’s Speech” filmindən Colin Firth alır.
Və nəhayət 24-cü, axırıncı ən böyük mükafatı məşhur rejissor Steven Spielberg təqdim edir. Ən yaxşı bədii filmə görə mükafatı “The King’s Speech” filmi alır. Iain Canning, Emile Sherman və Gareth Unwin, Prodyuserlər
İndi səhər saat 9-dur, doğrudan da çox maraqlı mərasim oldu, yuxusuz qalmağa dəyərdi, Xülasə olaraq demək istəyirəm ki, bütün qalibləri təbrik edirik, baymayaraq ki, qaliblərin çoxu həm birinci dəfə Oskara namizəd həm də dəfə Oskara layiq görüldülər, amma demək olar ki, heç biri gözlənilməz olmadı. Və hər bir qalib həmin mükafata layiq idi. Mükafat almayan digər namizədləri də qətiyyən zəif adlandırmaq olmaz, hər biri doğrudan da qüsursuz gözəl filmlər idi. Oskar mükafatına layiq görülən filmləri təxmini ardıcıllıqla sıralayacam, çünki mükafat sayına görə eyni yerləri bölüşən kinolar var.
“Inception” – 4
“Alice in Wonderland” – 2
“The Fighter” – 2
“Toy Story 3” – 2
“Black Swan” – 1
“Inside Job” – 1
“God of Love” - 1
“Strangers No More” – 1
“The Lost Thing” – 1
“In a Better World” – 1
“The Wolfman” – 1
İndi isə tək istədiyim şey 127 saat yatmaqdı. Hələlik, dostlar =)
Təşəkkür, Orxan. Mən 5-dən sonra qala bilmədim artıq. Yəni, ancaq qırmızı xalçanı gördüm =)
Blue Valentine heç bir mükafat almayıb ki. Amma çox şey gözlənilən kimi olub. Vaxt edən kimi sən, mən, Urfanın əvvəlcədən yazdığımız fərziyyələrə baxarıq :P
Xoşdu, Blue Valentine filmi bir nominasiyada mübarizə aparırdı, amma həmin nominasiyada Natalie Portman var idi :) O vaxt fərziyələrim ilkin formada idi, filmlərin çoxuna baxmamışdım, ən son oscar.com-da dünən səs verdim =)
Nəhayət ki, dəqiq məlumat ala bildim. TƏşəkkürlər, Orxan. Operativ olduğun üçün
Çox sağ ol, Tural
Heyf 127 heç nə almadı ((
Doğrudan da heyf, montajı, musiqisi, James Franco, hamısı layiq idi mükafata
hmm Dicaprio nun en uqurlu filmi mence Titanicdi
DiCaprionun uğursuz filmləri yoxdu onsuz da.. Titanic-ə heç kəsin sözü ola bilməz. Bu Oskarda favoritim Inception idi.
Açığı mən Başlanğıcı görürdüm ən yaxşı film kimi. Amma təəssüflər olsun. Bu dəfə ki seçimləri bəyənmədim.
Inception mənim də favoritim idi, amma məncə ümumi baxsaq seçimlər ədalətsiz olmadı
Dünən çox super idi gecə oturub səhərəcən ona vaxdım :) Favorilərim yer tutdular sevindim :) Bir də ki, başqa mənbələrdən daha aydın və ətraflı yazmısan təbriklər :D
Çox maraqlı keçdi, o cür mərasimi yatmağa dəyişə bilməzdim =) Diqqətinə görə də təşəkkürlər ;)
Ədalətli mükafatlandırma oldu. Namizəd seçilmək özü də qalibiyyət kimi bir şeydir. Namizədlərin hamısı layiq idi. Qismən fərqlənən – mükafat alanlar isə doğrudan da daha çox əziyyət çəkənlər oldu. Öhtələrinə götürdükləri ağır əziyyətləti yerdə qalmadı. Ən xoşuma gələn ilk dəfə oskara namizəd olub, mükafatlananlar oldu. Ümumiyyətlə mərasim çox maraqlı keçdi)
axx Hardadi 90 ci illerin filmleri((
Zövq məsələsidi yenə də, həmişə yaxşı filmlər olacaq. Hərdən elə olur ki, az büdcəli, köhnə texnologiya ilə çəkilmiş, köhnə səs effektləri ilə kinoya baxmaq dözülməz olur. Mənim zövqüm kinoda yenilikləri daha çox sevir. Amma hələ ki, bəyəndiyim kinoların 70 faizi yaxın keçmişdəki son 15 ilin filmləridi.. hardasa 90-05-ci illər arası