Step Up

Step Up

2006
ABŞ
Dram, Melodram, Musiqili, Rəqs,
Rejissor: Anne Fletcher

Hər kəsin arzularına çatmaq üçün şansı olur, amma bəzilərinə bu şans yalnız bir dəfə verilir. Tyler Gage – küçə rəqqasıdır. O və dostları etdiyi hərəkətlərlə ictimai qanunları pozurlar və buna görə Tyler cəza alır. Bu cəza onun yeni həyatının başlanğıcı olur. Ən tanınmış rəqs məktəbində işləməli olan Tyler Nora adlı balerinayla tanış olur. Final çıxışına hazırlaşan Noranın rəqs yoldaşı zədə aldığına görə o, yeni rəqs yoldaşı axtarmaq məcburiyyətindədir və qısa zamanda yalnız Tyler ona yoldaşlıq edə bilir. Bu Tyler-in özünü sübut etmək üçün yeganə şansıdır…

Step up seriyası mənim ən çox sevdiyim filmlər seriyasına daxildir. İlk film məndə bu filmlərə ardıcıl baxmaq həvəsini yaratmışdı. 1-ci filmə baxanda filmin dayanmadan davam etməyini istəyirdim. Bu film sonrakı 2 filmə baxmış daha sakit filmdir. Filmdə baş rolu, yəni Tyler-i “Dear John” ,” Fighting” filmlərində də baş rolda çəkilmiş Channing Tatum ifa edir. O vaxt üçün ən sevdiyim filmlərdən biri idi, amma ardı daha maraqlıdı…