The Man From Earth

2007,
ABŞ,
Dram, Fantastik, Mistik
Rejissor - Richard Schenkman.

Bu film mənim üçün xüsusi yeri olan filmlərdəndir. Təsadüfi deyil ki, 3-4 dəfə baxmışam və bir neçə dəfə də baxmağı planlaşdırıram. Bilirəm ki, təkarrən öyrənəcəyim maraqlı faktları kəşf edəcəm. Ən çox xoşuma gələn cəhəti hadisələr bir evdə cərəyan edir. Fantastik janra aid edilsə də qaçdı-tutdu, partlayışlar, qeyri-adi cihazlar flan heç biri yoxdur.

Filmdə sadəcə 4-5 nəfərdən ibarən professor-müəllim heyyəti və onların vidalaşacağı müəllim yoldaşı, ev sahibi, və ya həyatı ilə əlaqədar danışdıqları az qalsın dostlarını düşməninə çevirəcək olan baş qəhrəman – John Oldman var.

Bu film mənə görə kəşf olunmağı gözləyən filmlərdəndir. Əsl kino incəsənəti adlandırmaq olar.

Düzdür, əhvalat ilk baxışda reallığa uyğun görsənməsə də kinoda deyildiyi kimi “niyə də yox?”. Məhs bu yanaşma hadisələrin inkşafına səbəb olur.

Mövzusu, baş qəhrəmanın ani köçməsinin əsl səbəbini öyrənmək istəyən dostlarının almaq istədikləri doğru cavabdan gedir. Və cavabının doğru olduğunu sübut etmək üçün çox məntiqli ardıcıllıqlar gətirən Conun həyatından. Con iddia edir ki, o 14 000 il sağ qalmağı bacaran qeyri adi insandır. Bunun nə dərəcədə məntiqli olmasını siz özünüz filmə baxandan sonra qərar verəcəksiniz.

Kinoya sakit vaxt baxmağınızı məsləhət görürəm, əvvəldən-axıra qədər kəsintisiz baxsanız yaxşı olar. Bu elə kinolardandır ki, məntiqsizliyi görəndə, bunu səhv kimi qəbul etmək istəmirsən, kinonu özünə dost bilirsən, xoşunuza gələcək ;)

Bir çox incəsənət növlərindəki kimi bu kino da intellektli izləyicilər üçün yaradılıb, amma bir o qədər də meqa beyin lazım deyil, deyilən çox məlumat bildiklərmizdir, mənə ləzzət edən isə onların necə bir-biri ilə əlaqəəndirilməsi oldu. Bu filmi müdrik kino saymaq olar.

QEYD: bir də arxa fon musiqiləri proffesional seçilib.

QEYD 2: Fikrimcə Cona ən böyük cəza ömürlük həbs cəzası olardı :D