Yogi Bear

2010,

ABŞ,

Rejissor:Eric Brevig,

Animasiya, Komediya,

Filmin devizi Həyat pik -nikdir:)

Uşaqlıqda həvəslə baxdığım hər seriyası təxmini 10 deqiqə olan cizgi filmlərinin indi film animasiya formatda görəndə çox sevinirəm, ele zənn edirəm ki, yene məktəbdə oxuyuram. Bele filmlərdən biri də Ayı Yoqi filmidir.

Film 3D formatındadır və izləyicilərinə böyük zövq verir, düzdü mən PC-də Kinoteatrdan telefonla cəkilmiş formasına baxmışam:)) amma hər halda Yogi-ə olan rəğbətim bu filmə baxmağa məni vadar elədi. Filmin sujet xətti çox sadədir. Hadisələr əsasən Amerikada yerləşən Yelistoun park qoruğunda baş verir. Bu parkın şirin, bir o qədər də yemək yeməyi həyat fəlsəfəsinə çevirmiş , kök Ayı Yoqi, onun ən yaxın dostu ayı BuBu və onları çox sevən park şerifi Reyncer Smit-in başlarına gələn gülməli hadisələrdən bəhs edir. Reyncer Smitin ən yaxın dostu və düşməni Yoqidir. O, Yoqini çox sevir, amma onun hər dəfə parka gələn qonaqların pik nik çantalarını oğurlamağı Reyncer Smiti çox əsəbləşdirir:)) Parkda hər dəfə yeni bir hadisə baş verir, lakin bu dəfəki situasiya çox ciddidir. Yoqi, Bubu və Reyncer Smit gərək parkın və özlərinin gələcək talelərini həll etsinlər.

Dan Aykrovd və Justin Timberlake-in səsləndirdiyi bu gözəl animasiya filmi inanıram ki, izləyicilərin marağını cəlb edəcək.