Snatch

2000,

ABŞ,

Cinayət, Gərgin, Komediya,

Guy Ritchie-nin rejisorluğu ilə,

IMDB xalı: 8.2/10

Mükəmməl aktyor heyəti və mükəmməl rejissor işi. Əla idi, qısa bir klip kimi əyləncəli oldu. Darıxmağa imkan vermədi. Bu kino bəzi oxşarlıqlarına görə mənim üçün Fight Club 2 oldu, amma bu iki filmi müqayisə etmək fikrim də yoxdu.

Gözəl montaj edilmiş səhnələri, stop kadrlar və Requiem for a dream-dəki kimi qısa görüntülərin səs effektləri ilə sürətli montajı. Bunlardan başqa Brad Pitt-in tamaşaçını darıxmağa qoymayan əyləncəli ifa tərzi.. bu filmdə isə qaraçı rolunda idi.. Deyərdim ki, Miki də Tayler (Fight Club) qədər cool idi, hələ bəlkə bir az da artıq, nakautları izləmək sizə də ləzzət edəcək. Ona ağır zərbə vurdular, amma o da cavabsız qalmadı, öz oyununu oynadı..

Süjet xətti çox dinamikdi, filmin maraqlı personajları var və onlar filmdə kifayət qədər qarışıqlıq yaradacaq sayda çoxdu, ona görə sujet xəttini tam başa düşməyə çalışmayın, heç rejissor da filmin süjetini final üçün qurmayıb. Filmə baxıb əylənmək istəyən tamaşaçı üçün ideal kinodu, düşündürücü mesajları olmasa da, beyində saf-çürük edilməyi və bundan tamaşaçının zövq almağını tələb edən kinodu..

Həm Brad Pitt varsa çox danışmağa ehtiyac yoxdu, özünəməxsus tərzi ilə rola çəkildiyi kinoların hamısını əyləncəli və maraqlı edir.. Bu filmdə oynadığı qaraçı roluna isə özünüz qiymət verin..

Bir də əsas Sin City-dən tanıdığım Benicio Del Toronun, bu filmdə qumarbaz Frenki dörd barmağın səhnə yükünün az olması məni bir az məyus etdi.

Filmin trailerini bu linkdən izləyin.