That’s The Way It Is

Olduğu Kimi,

ABŞ,

1970,

Avtobioqrafiya, Musiqili.

Rejissor – Denis Sanders.

Elvisi hamı sevirdi çünki o dövrünü qabaqlamış Rock’n Roll Kralı və ya sadəcə Kral idi. Bu gün onun haqqında 1970-ci ildə çəkilmiş sənədli filmə baxdım. Kino Elvisin MGM səsyazma studiyasında keçən 3 günündən və məşhur Los Angles konsertlər silsiləsindən bəhs edir.

Bir yandan heyfslənirəm ki, o, 21-ci əsri görmədi, çünki əsl bizim dövrün adamı idi, digər yandan isə sevinirəm ki, yaxşı ki, o, bu dövrü görmədi. Öz dövrünün və bütün dövrlərin ən yaxşı ulduzu oldu. İndi də onun pərəstişkarları onu yaşadır. Onun musiqisi adama yaşayıb – yaratmaq eşqi verir.

Kefim olmayanda “A Little Less Conversation”-a qulaq asmaq bəs edir ki, həmin günü özümün unudulmaz günümə çevirim :)

Kinoda konsert boyu qızlara sevgi öpüşləri paylamasını, geyimini, səhnədə istədiyini etməsini bəyəndim. Elvisi kəşf etmək üçün bu kinoya baxmağı məsləhət görürəm.

QEYD: Sonda isə ən sevdiyim musiqi parçasını sizə həsr edirəm :)