127 Hours

2010-2011

ABŞ, İngiltərə

Bioqrafiya, dram, macəra

Rejissor- Denny Boyle

5 Oskar Mükafatına namizəd

İndiyə qədər heç bir film haqda bu qədər danışmaq istəməmişdim. Beş dəqiqə olar filmə baxmışam və şiddətli yazma ehtiyacı yaranıb məndə. Deyim ki, çoxunuza cansıxıcı, monoton təsir bağışlaya bilər. Bir ara məndə də elə təsir oyatmışdı. Amma sonluğa doğru fikrim tamam dəyişdi.

“127 saat” Aron Ralston ( James Franco) adlı gənc və çılğın bir alpinistin macəralı səyahətindən bəhs edən bioqrafiya filmidir. O heç kimə xəbər vermədən səhayətə çıxır. Gənc Yuta kanyonunda iki dağ arasında sıxışıb qalır. Bu andan etibarən onun ölüm-dirim mübarizəsi başlayır. Filmə baxanda əhvalım çox da yaxşı deyildi. Baxdıqca ” kaş komediya filan seçərdim, kefim lap pozuldu” deyirdim. Amma sonda gördüm ki, düzgün seçim etmişəm.Filmin şüarı belədir: “Hər saniyənin öz hökmü var.”

Bu oğlan mırtdı :) Ən çıxılmaz anda belə zarafatından qalmır. O kanyonda qaldığı müddət özünü video lentə alır. Yaxınlarına qarşı etinasız davrandığına görə üzr istəyir hamısından. Artıq suyu da bitir. Ümidi də onunla birlikdə tükənməyə başlayır. Amma həmin anda belə özünə bu sözləri deyə bilir. “Təslim olma, Aron. Təslim olma! “

Bəzən hamımız həyatımızdan şikayətlənirik. Ətrafımızdakılardan bezirik. Baş alıb getmək istəyirik. Bu filmə baxan hər kəs əlindəkilərin qiymətini; azadlığın, qaçmağın, nəfəs almağın, su içməyin, yeməyin, bir sözlə həyatındakı hər şeyin dəyərini daha yaxşı anlayar, məncə.  Film Cek Londonun ” Həyat Eşqi” romanını xatırlatdı mənə.  Sonluğun necə olduğunu deməyəcəm. Onda bütün marağı itər. Amma bu əsəri oxuyanlara kiçik bir “ip ucu” verim. Filmlə romanın sonluğu üst-üstə düşür .

Qəribədir. Bir tərəfdə intihar edənlər,digər tərəfdə həyatda qalmaq üçün inanılmaz yollara əl atanlar.

Filmin bu ilki oskar mükafatına iddialı 5 nominasiyası:

Ən yaxşı kişi roluna görə

James Franco – “127 Hours”

Ən yaxşı montaja görə

“127 Hours” Jon Harris

Ən yaxşı musiqinə görə

“127 Hours” A.R. Rahman

Ən yaxşı bədii filmə görə

“127 Hours” Christian Colson, Danny Boyle and John Smithson, Producers

Ən yaxşı ssenariya görə

“127 Hours” Screenplay by Danny Boyle & Simon Beaufoy