Santa Paws

2010,

Amerika,

Ailə, fantastik, macəra,

Disney studiyası,

Bu həfətəni uşaqlara həsr etmək istəyirik, ona görə yeni il ərəfəsində yalnız bayram əhval-ruhiyyəli filmlər haqda yazacağıq. Səhv eləmirəmsə Tolstoyun belə bir sözü var idi: “Bizi 5 yaşındakı uşaqdan bir addım ayırır” Razılaşırdım da.. Hələ də uşaq kimi xəyal gücünə sahib olduğumu fikirləşirdim, amma realist fikirlərim həmin rəngli dünyanı yox eləyib, həyat yenə rənglidi, amma “solid”. Filmə baxanda bildim.. düzdü uşaqlığım yadıma düşdü, itlərlə bağlı filmlərə necə maraqla baxırdım.. amma heyif indi eyni hissləri keçirə bilmədim, məncə yanımda “kuzen”im, “nephew, niece” kimi balaca qohumlarımla baxsam daha maraqlı olardı. “Qojalıx” öz təsirini göstərir, halbuki əvvəllər böyüklərin bayrama niyə bizim kimi sevinmədiklərini təsəvvür edə bilmirdim.

Balaca bir qohumunuz ya övladınız varsa oturun onunla birlikdə baxın, onunla eyni hissləri keçirməyə çalışın, imkan verməyin realist fikirlər indidən onu “monster” eləsin =) 5 yaşında uşaq “Wikileaks”dən danışmasın, bir az sadəlövh olsun. Maraqlananlar üçün filmin qısa süjet xətti belədi: Şaxta baba uşaqların yeni ilə marağının azaldığını görür, və dostu “Paws”-u da götürüb Nyu Yorka gedir. Amma şaxta baba yaddaşını itirir və heç nəyi xatırlamır. Bütün iş də düşür “Paws” və onun dostlarının boynuna..

Qeyd:  Filmə baxmamışdan qabaq nəzərə alın ki, 6+ kateqoriyasındadı =) bir də uşaqlara şaxta babanın olmadığını deyən hər bir mərdimazara xüsusi olaraq “..ck you”