Fight Club

1999,

Amerika filmi,

David Fincherin rejissorluğu ilə,

Dram, Sirrli, Triller janrında,

IMDB-də 8.8/10 xalla 18-ci sırada,

Yenə “David Fincher”in özünəməxsus stili, həmişəki kimi yağış, bulanıq hava və qaranlıq çirkli səhnələr. “Seven” kinosunda da tamaşaçı axıra kimi nə olacağını bilmirdi, “The Social Network”  də final maraqlı oldu. Eləcə də bu filmdə..

Əslində bu haqqında şərh yazılası kino deyil, bir sözlə wow! Rahatlıq hissi verən kinodu, ona görə yox ki, dərin mənalı, gözəl mesajlar verən, ürəkaçan görüntülərlə doludur, dediklərimin heç biri yoxdu.. əsas ona görə ki, insanın əhəmiyyətsiz şeylərə fikir verməyib, hədəfə doğru fikrini cəmləməyin əslində etmək istədiyi şey olduğunu, və nə qədər “cool” olub olmayacağın tam özündən asılı olduğunu göstərir. Bu işdə sənə heç kimin kömək etməyəcəyini də bilirsən. Hər vəziyyətdə ancaq özün özünə kömək edəcəksən. Əsas ideya kinonun axırında açılır, amma bunun da finalı “Shawshank” kimidi, danışsam və ya ipucu versəm kinonun bütün dadı qaçar.

Aktyorlar da canlandırdığı tiplərlə kinonu maraqlı etdi. “Brad Pitt”in ifası həmişəki kimi yüksək peşəkar.. “The Incridible Hulk” filmində baş rolu ifa edən “Edward Norton”,  bir də “Helena Bonham Carter” – dayanmadan siqaret çəkən maraqlı bir tip.. “Requiem for a dream” kinosundakı baş rolundan fərqli olaraq burda “Jared Leto”nun səhnə yükü çox az idi.

Baş qəhrəmanın kim olduğunu axıra kimi bilməyəcəksiniz. Kinonu diqqətlə izləyib birinci dəqiqəsindən başa düşməyə çalışmayın, finalı gözləyəcək qədər səbrli olun.. “Seven”dəki kimi kinonun bitməsinə 20 dəqiqə qalmış düyünlər açılmağa başlayır, bax həmin vaxt dialoqları qulaqardı etməyin, və olanların özünüz haqda deyildiyini fikirləşin. Bu elə filmdir ki, tamaşaçı bir dəfə baxıb unutsa ya filmi ya da özünü axmaq kimi hiss edəcək. Baxdıqdan sonra kinoda baş verən əvvəlki səhnələri analiz etsə özünü ağıllı, ikinci dəfə baxandan sonra isə özünü filmin rejissoru kimi görəcək.

Qeyd: Bir də çalışın kinoya tam baxıb qurtarmamış nəyin düz nəyin səhv olduğu haqda mühakimə yürütməyəsiniz.

Qanlı, iyrənc, qismən 18+ səhnələri görüb filmi yarımçıq saxlayacaqsınızsa, deməli bu kino sizlik deyil.Ona görə bir az baxıb yarıda saxlamaqdansa heç baxmasanız daha yaxşıdı.

Əgər DVD-də yox online izləsəniz çalışın keyfiyyəti yaxşı olsun, yeni çıxan film olmadığı üçün bu kinonu bir çox sayt DVD keyfiyyətində yerləşdirib.

Qeyd: Film haqda Aytənin bloqunda da maraqlı yazı var =)