1995,
Amerika,
David Fincher-in filmi,
Dram, Cinayət, Sirrli, Gərgin,
IMDB xalı 8.7/10 (28),
Rollarda: Morgan Freeman, Brad Pitt,
Bu yaxınlarda David Fincher-in rejissorluğu ilə “The Social Network” filminə baxdım, hər iki filmdə səhnələr qaranlıqdı, tünd mebellər, hava da bulanıq.. Bir də bu kinoda yağış səhnələri çoxdu, detektiv ab-havası yaratmaq üçün məncə pis deyildi.. Hər halda stili xoşuma gəldi, baxdığım bu iki film həm informativ oldu, həm də maraqlı. Üstəlik hər iki kinoda sevimli aktyorlarım oynayır. Qazanc baxımından da uğurlu olub, təxmini 330 milyon dollara yaxın gəlir gətirib.
Film xristian dinində 7 bağışlanmaz günah sayılan acgözlük, tamahkarlıq, tənbəllik, şəhvət, şöhrətpərəstlik, paxıllıq və qəzəbdən və bu günaha batanları öz vəhşi üsulları ilə öldürən və Allah tərəfindən seçilmiş olduğunu fikirləşən qatildən, bir də onu ələ keçirmək istəyən iki detektivdən bəhs edir. Hansı ki, biri 7 gündən sonra təqaüdə çıxmağa hazırlaşır, biri də karyerasına hələ təzə başlayıb.
Sonuncu səbrsizdi, emosionaldı və qatili dəli hesab edir, digəri isə qatilin dəli olduğunu fikirləşmir və onun Cefri Çoserin “Kentenberi hekayələri”, Dantenin “İlahi komediya” və Miltonun “İtirilmiş cənnət” əsərlərindən təsirləndiyini tapır və qatilin hələ 2-ci cinayətində daha 5 cinayətin olacağını müəyyən edir..
Maraqlı finalı var, sonuncu iki cinayətin necə ortaya çıxması gözlənilməzdi.. Paxıllıq və Qəzəb…
Qorxu filmlərini sevməyən oxuculara demək istəyirəm ki, bu film qorxu filmi deyil, rahat izləyə bilərsiniz:)
Trailer
ilk olaraq bu filmde sevdiyim aktyorlar (Morgan Freeman, Kevin Spacey ve Brad Pitt) meni celb etdi..
duzunu desem bir az *razo4erovanie* oldum filmin sonunda..
ele bil nese chatishmirdi.
amma umumilikde filmi beyendim.
7 gunah.. maragli ideyadir.
sadece fikir tamamlanmiyib ele bil..
p.s.
tamamile qorxulu deil. sadece 1-2 iyrenc sehneler var.)
izlemeye deyer mence. sadece uygun ehval olmalidir.
Niyə yarımçıq gəldi? Məncə gözəl tamamlanıb. Axırda Pitt cinayətkara deyir ki, sən tez unudulacaqsan, amma o, cavab qaytarır ki, axır iki günahdan sonra məni heç vaxt unutmayacaqsan.. Paxıllıq cinayətinin açması: cinayətkarın Pittin ailəsinə paxıllıq etməsi və onun həyat yoldaşının başını kəsməsi, Qəzəb isə Pitt-in cinayətkarı öldürməsi idi.. Və 7 cinayət tamamlananda Pitt onu ömrü boyu unutmayacaqdı..
Pingback: Ən yaxşı sonluğa sahib 21 film : Kinoklik