Yaddaş

2010,

Azərbaycan istehsalı,

Vahid Mustafayevin rejissorluğu ilə,

Dram, Triller, Döyüş, Tarixi, Müharibə,

Musiqisi: Yaşar Baxış,

Filmə bu gün Bakı Kinoteatrında baxdım. Filmdə 1991-ci ildə Qarabağ müharibəsində və 2010-cu ildə Bakıda baş vermiş hadisələr canlandırılıb. Kino Qarabağ müharibəsi haqqındadı, dörd dost Azər və Arzunun nişanını keçirtmək üçün Qarabağa gedirlər. Süfrə arxasında bunu qeyd etdikləri vaxt erməni və rus taqımları kəndə hücum edir, dörd dost son damla qanlarına qədər müqavimət göstərir, düşmən bir çox əsgər və zabitini itirir.. Dostlar da itki verir, Arzu yaralanır, Azər komaya düşür..

Filmin mesajı bizədi, Azərbaycanlılara, tənqid obyekti “Yaddaş”-ımızdı, Bu hadisələri, Qarabağı yaddaşından silmiş yaşlı nəsilə və heç yaddaşına həkk etməmiş gənc nəsilədi.. Hisslərə süni şəkildə təsir etməyə çalışmayıblar, filmin çatdırmaq istədiyi mesaj, sonluq, nəticə kifayət qədər təsirlidi onsuz da, özüm də pis oldum, utandım, zalda tamaşaçılardan çoxu göz yaşlarını saxlaya bilmədi, pis oldular, filmi hiss etdilər…

Amma bəzi tamaşaçıların vecinə də olmadı, onlar yalnız kinodan qüsürlar axtarmaqla məşğul oldular, filmin ideyası onlar üçün maraqlı deyildi, onlar üçün bu sadəcə Azərbaycan istehsalı döyüş filmi idi, filmin adını da başa düşmədilər, həmin cılızlar ki, qarabağlıları məcburi köçkün yox birmənalı ikrahla “qaçqın” adlandırırlar, həmin sözün mənasını dərk etmədən.. Bilmirlər ki, qaçqın müəyyən səbəblərə görə öz ölkəsindən kənarda yaşayan vətəndaşdır, Qarabağlılara Qaçqın deməklə onlar əslində Qarabağı Azərbaycandan ayırır, onu başqa ölkə hesab edir, düşmənin sözünü təkrarlayırlar.. Milli ayrı-seçkilik edirlər.. Xanlıqlar dövrü deyil ki, hərə öz ərazisini qorusun, Azərbaycan vahiddi, düşmən birdi, hər itirilən bir qarış torpağa görə isə təkcə qarabağlılar yox, bütün azərbaycalılar məsuliyyət daşıyır.

Qayıdaq filmə, gözlənilməz finalı var, bir-biri ilə bağlı hadisələr yaxşı qurulub. Məsləhət görməyim artıq olardı, çünki bu hər bir Azərbaycanlının izləməyə borclu olduğu bir filmdir.

Qeyd: Filmin trailer-in tapa bilmədiyə görə film haqda reportajı sizinlə bölüşürəm.

Qeyd 2: 1-ci və 3-cü şəkilləri bakifilm.com saytından götürmüşəm. Filmin ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə təşəkkür edirəm.

Film haqda reportaj