The Social Network

2010,

Amerika,

Avtobioqrafiya, Dram, Komediya, Tarixi,

David Fincher-in rejissorluğu ilə,

Rollarda: Justin Timberlake, Jesse Eisenberg və başqaları,

IMDB xalı 8.4/10,

Kino haqda ətraflı danışmayacam, məsləhətli kinodu, bu filmə baxmağa gecikmək olmaz, hansı yolla olur olsun, amma baxın. Hələ facebooku olanlar üçün bu kinoya baxmaq qəti vaxt itkisi deyil.

Filmin şüarı belədi: “Bir neçə düşmən qazanmasan 500 milyon dostun olmaz.” Kino facebookun yaranma tarixi ilə bağlıdı, baxanda çalışın ötürdüyünüz və başa düşmədiyiniz yerləri qalmasın. Ən xoşuma gələn yerlərindən biri Ex ilə danışır və onun sayt haqda eşitmədiyini biləndə deyir ki, “we have to expand” yəni saytın əhatə dairəsini genişləndirməliyik. O qədər genişləndirir ki, Erica Albright-ın da facebooku olur, o qədər genişləndirir ki, indi hər informatika dərsində bir sayt haqda bu qədər çox danışırıq, o qədər genişləndirir ki, dostlarımla əlaqə saxlamaq üçün demək olar ki, mobil telefondan istifadə etmirəm. Nə isə.. =)

Relationship status və “the” artiklının domain-dən çıxarılması əla ideyalar idi.

Markın da dediyi kimi, bu moda kimidi, moda heç vaxt tükənmir, həmişə gündəmdədi. Napsterin yaradıcısı Parker: bu internetdə yaşamaq kimi bir şeydi.. Şaiq demişkən, facebook artıq bir standartdır ; )

Şəxsi qeyd: Səhər yuxudan dururam, pc-ni açıram, o vaxta kimi əl-üzümü yuyuram, facebook-uma baxıram, sonra səhər yeməyi, iş, dərs, evə gəlirəm, əllərimi yuyuram, facebook həmişə taskbarda qalır. Bağlılığım var, amma çox deyil. 163 dostum, 57 teqim, 10 albomum, bir note, iki page-im var:)) event-lərdən xəbərim olur, gündəmi izləyirəm, ən azı seçki namizədlərinə baxıram =) izlədiyim blog-lardakı yeni yazıları oxuyuram və facebook xoşuma gəlir. Filmin axrında maraqlı faktlar yazılır.. Bir də “facebook haqda 25 nifrət etdiyim şey” adlı video var, trailerdən sonra baxarsınız..

Bir də, ümid edirəm feysbuka feyzbuk deyənlərin sayı azalacaq:D

P.S Dünən Azercell-in səhifəsini like elədim, bu gün müştəri xidmətlərinə getdim.. bilet qalmamışdı. Evə gələndə artıq qardaşım kinoya baxırdı, kinotearda yəqin ki, rus dilində olacaqdı, amma belə online ingilis dilində və türkcə altyazılı olmağı mənim üçün cənnət həzzi oldu. 5 dəqiqə qabaq page-i unlike elədim, məncə 14 097-nin 14 096 olmağı onlar üçün heç nədi, amma bu filmə baxandan sonra refresh edib fanatlıqdan çıxmağımı görmək və rəqəmlərlə oynamaq ləzzət elədi:D

Trailer

“facebook haqda 25 nifrət etdiyim şey”