The Mist


2007,

Amerika istehsalı,

Frank Darabont-un rejissorluğu ilə,

İMDB xalı-7.4/10,

Stephen King-in eyniadlı romanı əsasında,

Qorxu,Fantastika,Dram,Psixoloji,

Baş rollarda- Thomas Jane və Marcia Gay Harden,

Frank Darabont həm də Stephen King-in romanlarına əsasən çəkilmiş digər iki filmin, ” Shawshank Redemption” və ” Green Mile”ın rejissorudur. Hansısa qorxu filmində fantastika, qorxu ilə yanaşı psixoloji məqamlar da varsa deməli yoxlamağa dəyər.

Filmin şüarı belədir: ” Fear changes everything.” Bizim dildə ” Qorxu hər şeyə qadirdir” kimi daha yaxşı səslənir.

Stephen King-in öz romanlarına əsasən çəkilən filmlər arasında ən sevdiyi üç filmdən biridir bu.Digər ikisi də “Stand by Me” və “Shawshank Redemption”dır.

Bu film sizə 126 dəqiqəlik qorxu, gərginlik vəd edir. Filmin süjet xəttini oxuyanda  klassik qorxu filmlərindən bir fərqi olmadığını gördüm. Amma buna görə fikrimi dəyişmədim.Stephen King adını görmüşdüm artıq:)

Filmdə Bridgton adlı kiçik bir şəhərə yayılan duman və özü ilə gətirdiyi əcaib, qəraib, qorxunc canlılar qəsəbə həyatını iflic vəziyyətə salır.Film əsasən marketdə baş verən hadisələr üzərində qurulub. Baş roldakı David Drayton və səkkiz yaşlı oğlu Billy də daxil olmaqla, yerli sakinlər  fırtınadan əvvəl ehtiyyat üçün marketdən alış-veriş edirlər. Əsas hadisələr də bundan sonra başlayır.

Bir daha əmin oldum ki, qorxu və çarəsizlik içində qalan insan hər şeyə qadirdi. Marketdəki yəhudi xurafatçı qadın dünyanın sonu gəldiyinə, tanrının insanları cəzalandırmaq üçün bu bəlanı göndərdiyinə inanır.Təbii ki, heç kim ona fikir vermir …Hmmm…Başlıqda elə olur.Əgər insan çarəsizdirsə, hər yerdən əlini üzübsə ona kiçik bir ümid verib hər şeyə inandıra bilərsiz. Sona yaxın insanlar sanki bu qadının ordusuna çevrilir və günahsız birini tanrıya qurban vermək adı ilə yırtıcılara yem edirlər. ( Məni ən çox əsəbiləşdirən səhnə idi) Market işçisi ağıllı davranıb qadına iki güllə vuranda, bir də gördüm “əllərinə sağlıq” deyib sevinirəm:D

Filmdə qan, dəhşətli səhnələr bir qorxu filmi üçün  kifayət qədərdi.Senaristlər çox dərinə getmək istəməyiblər elə bil. O yırtıcıların hardan gəldiyi bir az qaranlıq qalır.

Filmdə məni fövqəltəbii, qorxunc varlıqlardan çox insan daxilindəki “yırtıcı” qorxutdu.Filmi mənim üçün dəyərli edən səbəblərdən biri də insan təbiətini bütün çılpaqlığı ilə tamaşaçıya təqdim edilməsidir.

Gözlənilməz sonluqla bitən filmləri xoşlayırsızsa bu film məhz sizin zövqünüzcədi. İndiyə qədər gördüyüm ən gözlənilməz film sonluqlarından biri idi. Əvvəl Davidin qərarı mənə çox məntiqli gəlmişdi.Sonluğu görəndə ” Çox heyf” dedim:S

Heç nədən…

Trailer