Jonah Hex

2010,

Amerika İstehsalı,

Döyüş, Dram, Qorxu, Western,

Jimmy Hayward-ın rejissorluğu ilə,

Musiqisi John Powel,

Hadisələr 19-cu əsrin ortalarında baş verir. Jonah Hex mükafat ovçusudu. Ailəsini öldürən Turnball-dan qisas almağa gedir.

Western (Kovboy filmi) olmasına baxmayaraq xronometrajı 75 dəqiqədi. Çox gözəl başlayır və maraqla baxırdım, yəqin mənim zövqümdən asılıdır ki, filmdə fantastik səhnə görən kimi gözümdən düşdü. Bir də filmin orijinal dili ən sevmədiyim ingilis ləhcəsində idi.

Amma yenə də kinodan çox şey gözləməyib axra kimi baxdım. Yaxşı musiqisi var. Amma məncə filmdəki mesajların bir şəqrli üçün elə də əhəmiyyəti ola bilməz. Yəni qarğa bizdə müqəddəs deyil, 4 iyul bizim vecimizə də deyil. Elə irqçilik də onun kimi.

Bir də filmdə Megan Fox-u səhnədə istədiyim qədər görə bilmədim:)

P.S Kinodan çox şey gözləməyib baxsanız musiqidən və görüntülərdən zövq ala bilərsiniz.

P.S.S Yaxın günlərdə Azərbaycan dilində TV-də də efirə gedəcək.

Trailer