Marley and Me

2008 ABŞ istehsalı

Janr-Komediya, dram, macəra, romantika.

Filmin Cənubi Amerika primyerası 25 dekabr 2008-ci ildə baş tutub.

David Frankelin rejissorluğu ilə çəkilmiş bu filmdə baş rolları məşhur Hollivud ulduzları Owen Wilson( Con Qroqan) və Jennifer Aniston( Cenifer Qroqan) bölüşürlər.

Baş rol tərəfindən danışılan bu film, Qroqanlar ailəsinin itləri Marli ilə birlikdə keçirdikləri 13 ili əhatə edir .

Con və Cenifer bir-birini çox sevən, yeni evli cütlükdü. Amma Con hələ ki, özünü ata olmağa hazır hiss etmir.

Dostu Sebastiyanın məsləhəti ilə Con, Ceniferin diqqətini  başqa yerə yönəltmək üçün ona kiçik, şirin, amma çox yaramaz bala it hədiyyə edir.Con əfsanəvi müğənni Bob Marlinin şərəfinə itin adını Marli qoyur.

Gənc cütlük yaramaz Marlini əhliləşdirmək üçün hər yola əl atsalar da yaramaz it sahiblərinin heç bir əmrini yerinə yetirmir və gənc cütlüyün həyatını cəhənnəmə çevirir.

Marlinin dəcəllikləri ilə hadisələr komik planda inkişaf edir. Marlinin törətdiklərindən cana gəlib, tez-tez onu geri qaytarmaq fikrinə düşsələr də vaxt keçdikcə Marli Qroqanlar ailəsinin bir parçasına çevrilir.

Film çox uğurlu alınıb. Xüsusilə, aktyorların performansını çox bəyəndim. Filmdə komediyadan, drama, dramdan romantizmə çox usta keçidlər var. Bu filmə baxmaqla həm güləcək, həm kədərlənəcək, həm əylənəcək, həm də düşünəcəksiz.

Pozitiv təsir oyadan bu filmdə həyata dair hər şey tapa bilərsiz.

Trailer